Xəbər lenti
Minasyan: “1400 nəfər itkin və meyiti tanınmaz hala düşmüş 700 ölü var”
Ermənistan hakimiyyəti həqiqəti təhrif etməyə və narazılıq dalğası doğuran informasiyanı ictimaiyyətdən gizlətməyə davam edir.
Manevr.az xəbər verir ki, bu barədə “Politik.am“ yazıb.
Sayt bildirib ki, indiyə qədər Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə rəsmən bildirilməyib.
"Vəziyyəti bir neçə həftə əvvəl Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt bildirib.
Ermənistan hakimiyyəti hələlik 3 000-dən çox hərbçinin həlak olması barədə açıq bildirib.
Hökumətdəki mənbələr isə “Politik.am”a bildirib ki, hazırda 1 400 nəfər itkinin və meyiti tanınmaz hala düşmüş 700 ölü var.
"İtkinlərin çox hissəsi əslində həlak olub, onların meyitləri Ermənistanın ərazisinə aparılmayıb. Hazırda morqlarda şəxsiyyəti məlum olmayan 700 meyit var", - sayt yazır.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar