Xəbər lenti
Erməni terrorçuları Şuşa yaxınlığında - VİDEO
Erməni sosial şəbəkəsində Qarabağda mövqelərdən birində yerləşən erməni yaraqlıların videomüraciəti yayılıb. Mövqe Şuşanın yaxınlığında yerləşir.
Kadrlarda yaraqlıların - 15 silahlı şəxsin yaşadığı çadır görünür. Çadırın yaxınlığında Rusiya sülhməramlılarının postu yerləşirib.
Uzaq planda Şuşa şəhərindəki televiziya qülləsi görünür.
Yaraqlılar onlara göndərilən köməyə görə Ermənistana təşəkkür edir, sayıqlığı itirməməyə çağırırlar və Ermənistan vətəndaşlarını mitinq etməməyə, Azərbaycanla müharibəni davam etdirmək üçün köməyə gəlməyə çağırırlar. Bu barədə yaraqlıların komandiri Volodya Avetisyan deyib.
"Biz Şuşadan birbaşa 3-4 km, yol ilə 6 km. aralıda yerləşirik", - deyir.
Ermənistan KİV-də onları "könüllülər" adlandırırlar. Şuşanı hədələyən yaraqlıların yaşı 40-dan yuxarıdır, bu dəstə bu yaxınlarda Hadrut rayonunda olduğu kimi Qarabağda qalan erməni ordusunun bir hissəsi deyil. Dekabrın 12-də bu ərazidə iki kəndin- Köhnə Tağlar (Xin Taxer) və Çalaqqala (Xsaberd) kəndlərinin azad edilməsi üzrə Azərbaycan ordusunun əməliyyatı başa çatıb.
Erməni KİV-də Rusiya və Azərbaycanı yeni fakt qarşısında qoymaq üçün azərbaycanlıları qovaraq Şuşaya hücum etmək çağırışları səslənir.
Qarabağda təhlükəsizliyə açıq şəkildə təhdid edən hərbi qrupun Şuşanın yaxınlığında olması Ermənistanın Azərbaycanla münasibətləri yaxşılaşdırmaq niyyətində olması barədə Paşinyanın bəyanatına və Rusiyanın regiondakı sülhməramlı missiyasına ziddir./Turan
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar