Xəbər lenti
Ermənilər əsgərlərimizi pusquya salmaq istəyərkən özləri pusquya düşdü - Video
Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində payı olanlardan biri də əslən Qubadlı rayonundan olan Sumqayıt şəhər sakini Pərvin Rzayevdir.
Rzayev Pərvin Namiq oğlu 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Sumqayıtda 23 saylı orta məktəbi bitirib. O, 2007-2009-cu illərdə Salyanda N saylı hərbi hissənin Xüsusi Təyinatlı Bölükdə həqiqi hərbi xidmət keçib.
Manevr.az xəbər verir ki, report"a döyüş yolu barədə danışan P.Rzayev bildirib ki, oktyabrın 1-də döyüşlərə qatılıb. Cəbrayıl, Füzuli, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. O, müharibənin 43-cü günündə - noyabrın 8-i Laçında atışmada yaralanıb. Ayağından 2 qəlbə yarası alan qazimiz döyüşlərdə iki ən yaxın dostunu - Murad Məmmədov və Ağazadə Orxanı itirdiyini deyir. Pərvinin sözlərinə görə, onu yaralı halda İbrahim, Vahid, Abdulla adlı döyüş yoldaşları çıxarıb.
Qazimiz onu da bildirib ki, düşmən 30 il ərzində çox çətin yarıla bilən beton bunkerlər inşa etmişdi: "Onlar elə bilirdilər ki, bu bunkerlər onlara kömək edəcək, amma rəşadətli Ordumuz tərəfindən o bunkerlər darmadağın edildi. Bunkerləri çox çətin yarıla bilən beton sədlərdən ibarət idi, bəzən qalınlığı divarların 1-2 m qədər çatdırdı. Bu müdafiə bunkerləri labirint formasında idi, sağa sola yolları var idi. Hətta səngərlərin içində belə tülkü yuvaları kimi yerlər qazaraq girib gizlənirdilər. Həmin yerlərə baxanda elə bilirsən ki, burda hansısa tülkü, yaxud heyvan gizlənib. Bunkerlərində çox sayda silah-sursat mərmilər var idi. Səngərlər hamısı erməni leşləri ilə dolu idi".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar