Xəbər lenti
Rusiya MN-dən Laçın dəhlizi ilə bağlı daha bir açıqlama

Rusiya sülhməramlı kontingentinin əsgərləri Laçın dəhlizindəki nəzarət məntəqələrini təchiz etməyə davam edirlər.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətrafı hərtərəfli müşahidə etmək üçün hazırlanmış "yoxlama məntəqəsi" istehkamları ilə təchiz edilib.
Qeyd olunub ki, hazırda Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edirlər. Onlar, həmçinin mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini və sakinlərin Laçın dəhlizindən keçməsini, qida və müxtəlif malların daşınmasını təmin edir, infrastruktur obyektlərinin bərpası üçün tapşırıqları yerinə yetirən təmir qruplarını müşayiət edir və onların təhlükəsizliyini təmin edirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar