Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər BU KƏNDLƏRİ də boşaldırlar

Tarix: 13-12-2020 20:39     Baxış: 4214 A- / A+
Ermənilər BU KƏNDLƏRİ də boşaldırlar


Azərbaycanın müzəffər ordusunun 44 günlük savaşından sonra işğalçı Ermənistan hərtərəfli iflas durumuna düşməkdədir. On illərlə torpaqlarımızda qanunsuz məskunlaşmış "qaçqın" adlandırılan ermənilərdən əlavə, qəsbkar ölkənin öz ərazisində yaşayan ermənilər də gündən-günə daha da ağırlaşan həyat şəraitindən şikayətlənirlər.

Manevr.az xəbər verir ki, Laçın və Qubadlı rayonlarıyla sərhəddə yerləşən Sünik mərzinin Xınzirək, Tex, Gorunzur və s. kəndlərinin sakinləri artıq çox sayda mal-qara saxlamaq imkanından məhrum olduqlarını bildirirlər. Buna səbəb kimi, 1990-cı illərdən bəri işğal altında saxladıqları Qubadlı, Cəbrayıl, Füzulinin boş, münbit və rahat otlaqlarının əllərindən çıxması göstərilir.

Bu haqda erməni müxbirə danışan Xınzirək kəndinin meri Ervand Malunts həyasızcasına adı çəkilən Azərbaycan ərazilərini "tarixi erməni torpaqları" adlandıraraq onların əldən çıxmasına təəssüflənir. O, bildirir ki, indiyədək buradakı erməni kəndlilərin hər biri yüzlərlə iri və xırda buynuzlu heyvan saxlayaraq onları kənddən 15, 20, hətta 50 km uzaqlıqda Qubadlının, Cəbrayılın boş otlaqlarında yemləyirdilər. Azərbaycan ordusu sərhədləri bağladıqdan sonra isə onlar bundan məhrium olurlar. Ona görə də hazırda heyvanları dəyər-dəyməzinə, 5-6 dəfə ucuz qiymətə satmağa məcbur olurlar. Çoxları işsizlik, dolanışıq ucbatından kənddən köçəməyə başlayıb. Qonşu Tex(Dığ) kəndində də oxşar durumdur. Kəndin sakinlərindən biri bildirib ki, indiyədək 50-60 min mal-qaranın saxlanıldığı kənddə hazırda yalnız 5-10 min heyvan qalıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar