Xəbər lenti
Hadrut meşələrində gizlənən erməni əsgərləri kömək istəyiblər
44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can atır.
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, bu haqda müxalif "Çiçəklənən Ermənistan" fraksiyasından deputat Naira Zöhrabyan danışıb.
O bildirib ki, övladları döyüşlərdə itkin düşmüş valideyinlərlə müntəzəm olaraq görüşür. Həmin valideyinlərdə sübutlar var ki, övladları sağdır və Hadrut ətrafındakı Vəng kəndinin yaxınlığında, meşəliklərdə gizlənirlər.
"İtkin düşmüş əsgərlərdən biri David Adumyanın anası əmin edir ki, təxminən bir neçə gün əvvəl meşədə gizlənən əsgərlərimiz Dağlıq Qarabağda "911" xilasetmə xidmətinə zəng vura biliblər və meşədə olduqlarını deyiblər, kömək istəyiblər. İnternetdə artıq iki gündür ki, meşələrdə mühasirəyə düşən əsgərlərimiz haqda video yayılır, onlara təcili kömək lazımdır", - Zöhrabyan bildirib.
Deputatın sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejim bu haqda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradova bildirib və axtarış işləri başlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar