Xəbər lenti
Zəngəzur rayonunda ermənilər 8 kilometr geri çəkildi
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən sonra Sünik (keçmiş Zəngəzur) vilayətinin erməni Kornidzor kəndi sərhədyanı olub. Kənd başçısının müavini Arkadi Xaçatryan bildirib ki, kənd indi sərhəddən 400 metr, erməni mövqeləri isə kənddən 200 metr məsafədədir.
Bu barədə news.am məlumat yayıb.
"Biz çox irəlidə idik və ilk gündən 8 km geri çəkildik. Nə edə bilərdik, dövlət sərhədi bu hissədən keçir... Bu, həyat yoludur, bu, bizim həyatımızın yoludur", - deyə Xaçatryan şikayətlənib.
Onun sözlərinə görə, kəndin mövqeyi yerli sakinlərdən ibarət dəstə tərəfindən tutulub. "...Keçən ayın 20-dən bəri mövqelərimizi müdafiə edirik... Kəndimizi qoruyuruq", - deyir Xaçatryan, kimdən müdafiə olunduqlarını və ümumiyyətlə, kimin onlara hücum edəcəyini açıqlamadan.
Otlaq və əkin sahələrdən danışarkən Xaçatryan bildirib ki, onların böyük hissəsi artıq sərhədin o biri tərəfindədir və "kənd təsərrüfatının profilini dəyişdirmək, istixana təsərrüfatı, intensiv heyvandarlıqla məşğul olmaq lazımdır"./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar