Xəbər lenti
Şuşa həbsxanası - Dilqəmlə Şahbazın əsir saxlanıldığı yerdən - VİDEO/ŞƏKİLLƏR
1848-c ildə Çar Rusiyası dövründə inşa olunan Şuşa həbsxanası Rusiya İmperiyası və Sovet hakimiyyəti dövründə ən dəhşətli cəza müəssisələrindən hesab olunurdu. Şəhər işğal edildikdən sonra həbsxana separatçı “Qarabağ rejimi”nin də islah-əmək düşərgəsinə çevrilib.
Həbsxana 3 rejimdə - qapalı, yarımqapalı və açıq fəaliyyət göstərirdi.
Qapalı rejimdə cəza çəkənlərin sayı 33 nəfərdən ibarət olduğu bildirilirdi. Yarımqapalı rejimdə 41, açıq rejimdə isə daha 58 nəfər cəza çəkirdi. Ümumlikdə, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub.
Bəzi məlumatlara görə, Şuşa ordumuz tərəfindən azad edilənə qədər həbsxanadakı gizli hücrələrdə azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev də saxlanılırdı.
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Əsgərlərimiz Şuşanın işğaldan azad olunmasından sonra həmin həbsxananın video görüntüləri paylaşıb.
Qeyd edək ki, aşağıda olan fotoları 2015-ci ildə həbsxanada “monitorinq” aparmış Vardan Voskanyan çəkib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar