Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağdan getmək istəyən ermənilər Xankəndidə saxlanılır

Tarix: 28-11-2020 16:26     Baxış: 3236 A- / A+
Qarabağdan getmək istəyən ermənilər Xankəndidə saxlanılır

44 günlük müharibə nəticəsində azad edilən ərazilərdən, eləcə də Azərbaycana təhvil verilən Ağdam və Kəlbəcərdən çıxan ermənilərin Xankəndi və Əsgəranda yerləşdirilməsinə çalışılır.

Manevr.az xəbər verir ki, bu barədə erməni mediası yazır.

Xankəndidə qalan separatçılardan Artur Arutyunyan bu faktı təsdiq edib. Bildirib ki, hazırda Xankəndidə evləri olan, amma burada yaşamayan şəxslərlə əlaqə saxlanılır, onların mənzilləri təcili inventarlaşdırılır. Və bu mənzillərdə evlərini “itirən” ermənilər yerləşdirilir.

Arutyunyan əlavə edib ki, evləri olmayan çoxlu erməniyə müvəqqəti sığnacaqlar ayrılıb. O cümlədən uşaq bağçaları və mədəniyyət evləri.

İlkin hesablamalara görə, bu iki aylıq proses zamanı təxminən 25 min erməni onlara məxsus olmayan, amma özlərinin hesab etdiyi evlərini itirib.

Ermənilər bu insanları Xankəndidə saxlamaq üçün müxtəlif addımlar atırlar. Məsələn, bir il ərzində burada yaşayan ermənilər elektrik enerjisinə, internetə və telefonə ödəniş etməyəcək. Eyni zamanda hər ailə başına 60 min dram pul veriləcək.

Separatçılar bu vasitələrlə Qarabağı tərk etmək istəyən mülki erməniləri Xankəndi və ətrafında saxlamağa çalışır./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar