Xəbər lenti
Rusiya Qarabağa PUA-lar gətirdi
Rusiya Qarabağdakı sülhməramlı kontingentini gücləndirir.
Manevr.az xəbər verir ki, bu gün Qarabağa Rusiyanın Şərqi Hərbi Dairəsindən xüsusi təyinatlı tibbi heyət gətirilib.
Bundan əlavə, əraziyə “Leer 3” radioelektron mübarizə kompleksi yerləşdirilib. “Leer 3”ə mobil telefonlara mətn, foto və video göndərmək imkanına malik bir neçə dron daxildir. Bu baxımdan, hərbi leksikonda “Leer 3” mobil silah adlandırılır.
Müdafiə sahəsindəki mənbələr “İzvestiya” qəzetinə bildirib ki, bu dronlar humanitar əməliyyatlar zamanı yerli əhalini məlumatlandırmaq üçün istifadə ediləcək. “Leer 3”dən Suriyada da istifadə olunub.
Kompleksə həmçinin radioelektron mübarizə üçün modifikasiya edilmiş 3 “Orlan 10” Pilotsuz Uçuş Aparatı (PUA) və KamAz-5350 yük maşınını idarəetmə paneli daxildir.
2015-ci ildə istifadəyə verilən kompleksin ilkin vəzifəsi GSM mobil siqnallarını sıradan çıxarmaq olub. İki il sonra isə 3G və 4G dalğalarını zəiflətmək üçün imkanları artırılıb.
"Leer-3" mobil qülləni təqlid edərək müəyyən bir ərazidə saatlarla çaşqınlıq yarada bilər. Bu kompleks ümumiyyətlə şəbəkə olmayan ərazilərdə fəaliyyət göstərmək imkanına malikdir. Telefonlar avtomatik olaraq dron olan ən güclü siqnal mənbəyinə qoşulur. Elektron mübarizə üçün təkmilləşdirilmiş vasitələrin dəqiq xüsusiyyətləri açıqlanmır. Lakin “Orlon-10” PUA-nın kəşfiyyat versiyası 10-12 saat havada qala bilir.yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar