Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Şuşaya kanatla qalxdıq,14 saat kəşfiyyatdan sonra 400 nəfər..." Kəşfiyyatçı Şuşanın AZAD EDİLMƏSİNİN GİZLİNLƏRİNDƏN DANIŞIR

Tarix: 25-11-2020 12:19     Baxış: 5734 A- / A+
"Şuşaya kanatla qalxdıq,14 saat kəşfiyyatdan sonra 400 nəfər..." Kəşfiyyatçı Şuşanın AZAD EDİLMƏSİNİN GİZLİNLƏRİNDƏN DANIŞIR


Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizə aparan hərbçilərimizdən biri - kəşfiyyatçı Alik Məmmədov Şuşanın necə azad edildiyi barədə danışıb.

Manevr.az-ın məlumatına görə, A.Məmmədov bildirib ki, Şuşadakı döyüşə bıçaq, tapança və "limonka" ilə daxil olublar: "Şuşaya kanatla qalxdıq, döyüş əmrindən öncə yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər Şuşaya yaxınlaşmalı və o dağı, sıldırımı dırmaşmalı idi. Bıçaq, tapança, "limonka" ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqeylərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi, çünki onlar bizim ordan, yollardan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımız Hikmət Mirzəyevin düzgün döyüş tapşırığı, düzgün kordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb-biçilmişdi".
Kəşfiyyatçı qeyd edib ki, qayaları dırmaşdıqdan sonra əlbəyaxa döyüşə başlayıblar: "Dəqiq deyə bilməyəcəm, təxmini desəm, həmin hücum anı 40-a yaxın erməniyə bıçaq salıb-çıxartmışam. Hər öldürdüyüm ermənini Mübariz və Polad deyib məhv eləmişəm. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Hətta videolar da yayılıb".(bakipost.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar