Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri döndü - ŞƏKİL

Tarix: 24-11-2020 13:19     Baxış: 3259 A- / A+
Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri döndü - ŞƏKİL


Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən və döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçularının bir qrupu Naxçıvana geri qayıdıb.

Manevr.az
AzərTac-a istinadən xəbər verir ki, şərəfli döyüş yolu keçən qəhrəman Vətən oğullarını Sədərək gömrük-keçid məntəqəsindən etibarən yüzlərlə sakin izdihamlı şəkildə müşayiət edib, yolboyu üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycanın ərazi bütövlüyü, qəhrəman döyüşçülərimizin şücaəti ilə bağlı şüarlar səsləndirilib.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər ordumuzun Qələbəsi ilə nəticələnən Azərbaycan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər. Təsadüfi deyil ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev də xalqa müraciətində bunu xüsusi qeyd edərək deyib: "Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri döndü - ŞƏKİL
Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri döndü - ŞƏKİL
Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri döndü - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar