Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şahbulaq – I Şah Abbasın qışlağı, Pənahəli xanın alınmaz qalası - Video

Tarix: 23-11-2020 12:34     Baxış: 4301 A- / A+
Şahbulaq – I Şah Abbasın qışlağı, Pənahəli xanın alınmaz qalası - Video

27 il sonra Ağdam rayonundakı tarixi "Şahbulaq" qalasına Azərbaycan bayrağı sancılıb.

Şahbulaq qalası və ya Tərnəküt qalası 1751-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlanıb. Ehtimal olunur ki, qalanın adı da burada yerləşən bulaqdan - Şahbulaqdan götürülüb. Şahbulaq Qarabağ Xanlığının ərazisində inşa edilən ikinci qaladır.

Manevr.az Şahbulaq qalası haqda tarixi faktları təqdim edir.

1748-ci ilin sonunda Şamaxı xanı Hacı Məhəmmədəli xanla birləşərək Pənahəli xanı aradan götürmək üçün Bayat qalasına hücum edən Hacı Çələbi xan qalanı mühasirəyə alsa da, bir ay mühasirədə qalan qala təslim olmadı. Pənahəli xan düşmənə qəfil həmlələr edirdi. Nəticəsiz mübarizədən sonra, Hacı Çələbi xan müttəfiqi ilə geri çəkildi.

Qalanın inşası

Bayat döyüşündən sonra Pənahəli xan fikirləşdi ki, xanlığa daha etibarlı qala lazımdır. Çünki Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan, orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Buna görə də Pənahəli xanın əmri ilə Ağdamın 5-6 kilometrliyində yerləşən Şahbulaq adlanan yerdə inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı.

Tarixi mənbələrə görə, qalanın tikintisi 1751-1752-ci illərdə bitdi və Pənahəli xan oranı özünə iqamətgah etdi.

Mirzə Camal Pənahəli xanın üç dörd il orada yaşadığını qeyd edir.

Mir Mehdi Xəzani Pənahəli xanın ilk iqamətgahının köçürülməsinin səbəbini daha dəqiq izah edərək yazır ki, “Bayat qalası Aranda yerləşdiyinə, yay fəslində elatlar o ətrafda dayanmayıb yaylağa köçdüyünə görə zərurət olanda onlara əl yetişmirdi”.

Abbasqulu ağa Bakıxanov yazır ki, Şahbulaq adlı yerdə vaxtilə Səfəvi şahı I Şah Abbas qışlamışdı.

XIX əsr Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın göstərişi ilə burada qala, daş evlər, məscid, hamam və bazar inşa edildi. Yeni qalaya köçən və mövqelərini möhkəmləndirən xan, əvvəlki qərargahını dağıtmağa göstəriş verdi.

Yeni memarlıq üslubu

Şahbulaq ərazisindəki inşaat işləri, xüsusilə qala və məscidin memarlığı sonradan Şuşada aparılan inşaat işlərinə əhəmiyyətli təsir göstərdi. Demək olar ki, Şuşanın bütün qaladaxili qəsrləri memarlıq-planlaşdırma və həcm-fəza strukturu baxımından Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarladı. Lakin bir müddət sonra yaxınları Pənahəli xana yeni qalanın inşası üçün daha təhlükəsiz yer seçməyi məsləhət görürlər və beləliklə Şuşa qalasının inşasına qərar verildi.

Alınmaz Şuşa qalası

Şahbulaq qalasının da coğrafi mövqeyi də, əlçatmaz və ağaclarla bağlı olan bir ərazi idi. Qalanın tərəfləri sıldırımlı qayalarla hərtərəfli örtülmüşdü. Qala təhlükəsiz yerdə idi. Paytaxtın Şahbulaq qalasından Şuşa qalasına köçürülməsinin səbəbi, Şuşa qalasının əbədi keçilməz, əlçatmaz yerdə olması idi. Şuşa qalası hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi. Pənahəli xan çox təhlükəsiz bir ərazi istəyirdi. Buna görə də o paytaxtı Şahbulaqdan Şuşaya köçürdü.

Bulaqlar diyarı

Qala daxilində bulaqların çoxluq təşkil etməsi məlumatı o dövr müəlliflərinin əsərlərində yer alır. Şahbulaq qalası Ağdamın 10 kilometrliyində dağların ətəklərində çeşməli bir ərazini təşkil edirdi. Xanlığın mərkəzi olacaq qalanın burada salınması hər cəhətdən əlverişli idi. Çünki qalada quyu qazılmasına o qədər ehtiyac yox idi. Adından göründüyü kimi, qala Şahbulağı adlanan ərazidə inşa edilmişdi.

Qalaya hücumlar

Şahbulaq qalasının mürəkkəb müdafiə planı güclü hazırlanmışdı. Bir neçə dəfə hücumlara məruz qalan qalanın inşasına dəfələrlə yüksək məbləğdə pullar ayırılmışdı. Abbas Mirzə başda olmaqla bir neçə hökmdarın qalaya hücumu uğursuzluqla nəticələnmişdi.

Vasili Potto yazır: “Şahbulaq qalasının müdafiə planı güclü hazırlansa da, Şuşa qalasının müdafiə planı çox güclü hazırlanmışdı. Bu və digər səbəblərdən paytaxt Şuşa edilmişdi. Şahbulaq qalasında hər üç tərəfi ordu baxımından gücləndirilmişdi. Çünki Pənahəli xan əlçatmaz, əlverişli, gücləndirilmiş mərkəz istəyirdi”.

Qacar-Rus toqquşması

1805-ci ilin mayın 14-də Qarabağ xanı İbrahimxəlil xan Rusiya ilə Kürəkçay müqaviləsi imzaladı. Bunu görən Qacar şahzadəsi Abbas Mirzə 1805-ci ilin iyunun ortalarında Qarabağa daxil oldu. Şahbulaq qalası Qacar qoşunu tərəfindən mühasirəyə alındı. Rus qoşunu təslim olmadı. Bunu görən Abbas Mirzə geri çəkilməyə məcbur oldu.

Rusiya hərb tarixçisi Vasili Potto Qacar şahzadəsinin bu yürüşündən sonra yazırdı: “Şahbulaq qalası İran vəliəhdi Abbas Mirzənin yürüşündən sonra yararsız vəziyyətə düşmüşdü. Bu vəziyyətdə olmasına baxmayaraq qala tipli qəsrdə yenidən tikinti işləri başlamışdı. Qalanın müdafiə məqsədli planı yaxşı hazırlanmışdır. Həmçinin qalanın coğrafiya mövqeyi əlçatmaz və memarlıq strukturu da yaxşıdır”.

Ağdamın simvolu

Memarlıq abidəsi 1990-cı illərə - Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. SSRİ dövründə Ağdam rayonuna gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi.

Ağdam rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal edildi. Şahbulaq qalası da, işğal altında olan rayonun daxilində idi. Erməni işğalçıları abidənin daxilində olan məscid, hamam və bulaqları dağıtdılar. Şahbulaq qalası isə təmirdən sonar ermənilər tərəfindən kilsə kimi istifadə edildi. Əlbəttə 2020-ci il noyabrın 20-də Ağdam rayonu işğaldan azad edilənədək… Bu gün isə Pənahəli xanın qalasında Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Qeyd: material Vikipediya məlumatları əsasında hazırlanıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar