Xəbər lenti
Erməni professor: "Qarabağ ermənilərinin siyasi gələcəyi yoxdur"

"Ermənistan Türkiyə və Azərbaycanla vasitəçilərlə deyil, birbaşa əlaqə saxlamalıdır”.
Bu fikirləri Türkiyənin "Ahval” ingilis dilli saytına müsahibəsində tanınmış erməni tarixçisi və siyasətçisi, ABŞ-ın Miçiqan universitetinin Tarix bölümünün rəhbəri, professor Jirar Libaridyan deyib.
Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev erməni professorun müsahibəsinin əsas tezislərini qeyd edib:
-Rusiyanın Qarabağdakı davranışı Türkiyəni ABŞ və NATO-dan uzaqlaşdırmaq, Azərbaycanla birlikdə özünə daha da yaxınlaşdırmaq məqsədi güdən diplomatik səylərdir.
-Öz növbəsində Türkiyə Rusiyanın ənənəvi təsir dairəsi sayılan regionda nüfuzunu qüvvətləndirir. Türkiyə bölgəyə hərbi gücləri ilə gəlir və kimsə bunun qarşısını ala bilməz.
-Laçın dəhlizinə nəzarəti ələ keçirməklə Rusiya regiondakı təsirini daha da artırır. Eyni zamanda həm Azərbaycan, həm də Ermənistan üçün problem yaratmaq imkanı qazanır.
-Rusiya ermənilərin Dağlıq Qarabağa qaytarılması məsələsində maraqlı olacaq, əks-təqdirdə rus sülhməramlılarının regiondakı fəaliyyətinə lüzum qalmır.
-əvvəllər Dağlıq Qarabağ erməniləri Ermənistandan idarə olunurdu. İndi isə onlar təxminən Türkiyə erməniləri ilə eyni vəziyyətə düşəcəklər: yəni dillərini, məktəblərini, kilsələrini qoruyub saxlayacaq, lakin siyasi gələcəklərini itirəcəklər.
-ermənilər Türkiyə və Azərbaycanla beynəlxalq güclər vasitəsi ilə deyil, birbaşa əlaqələr yaratmalıdırlar”./qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Təqvim
« Oktyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar