Xəbər lenti 
					
 
		“Ermənilərin ölkəmizə gəlişi İrəvanla Bakı arasındakı razılaşmanın nəticəsidir”

Mehman Əliyev: “Bu, kortəbii proses deyil”
Avropada mühacir həyatı keçirən, habelə vaxtiylə Azərbaycanda yaşayan ermənilərin yenidən ölkəmizə qayıtması prosesi müşahidə edilir ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır.
Torpaqlarımızın işğal altında olduğu, minlərlə soydaşımızın erməni əsirliyində cəhənnəm əzabı yaşadığı bir zamanda ermənilərin Bakıda məskunlaşdırılması nə dərəcədə doğru və məntiqlidir?
Moderator.az -a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu prosesin məqsədli şəkildə həyata keçirildiyini bildirib:
“Aprel olaylarından sonra Azərbaycan və Ermənistan arasında başlayan müəyyən danışıqlar prosesi var. Ermənistan tərəfi bildiyiniz kimi, yeni təkliflər paketi təqdim edib. Bu paketlərin məzmunu bu günə qədər də açıqlanmayıb. Bilinmir ki, o paketlərdə hansı müddəalar yer alıb. Məhz bundan sonra ermənilərin Bakıya gəlməsi prosesi başlayıb. Hazırda da danışıqlar gedir. “Xalq diplomatiyası” genişlənməkdədir. Hansı ki, Azərbaycan tərəfi 2003-ci ildən etibarən aktiv şəkildə buna qarşı çıxırdı. Son proseslər göstərir ki, tərəflər arasında hansısa razılaşmalar var, ona görə də qeyd etdiyiniz proses gedir. Bu, kortəbii bir proses deyil”.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Şou-biznes 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















