Xəbər lenti
Arutyunyandan etiraf: "Biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq"
Qondarma Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan etiraf dolu açıqlama verib.
"Sputnik Armenia" agentliyi xəbər verir ki, Araik aşağıdakıları bildirib: "Torpaqları kim satdı? Biz xalq olaraq bunu bir yerdə etdik, 18-20 yaşlı uşaqlarımızı satdıq. Biz bir yerdə satdıq”.
Qondarma prezident daha sonra qeyd edib: "Biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq. Nəticədə mühasirəyə düşmək təhlükəmiz yarandı. Ona görə də müqaviləyə imza atmalı olduq”.
Dağlıq Qarabağı tərk etmiş ermənilərə müraciət edən Araik Arutyunyan deyib ki, onlar İrəvanda keçirilən etiraz aksiyalarına qoşulmasınlar: ”Siyasi intriqalara qoşulmayın, geriyə qayıdın. Biz düşmən qarşısında birliyimizi nümayiş etdirməliyik”.
O, vurğulayıb ki, ermənilərə müharibədə qələbə çalmaq üçün 80-100 min nəfər döyüşçü lazım imiş. Ancaq onlar bu qədər döyüşçü toplaya bilməyiblər./qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar