Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Suriya, Livan və İraqdan Qarabağa gələn muzdlulara cinayət işi açıldı

Tarix: 13-11-2020 18:34     Baxış: 3192 A- / A+
Suriya, Livan və İraqdan Qarabağa gələn muzdlulara cinayət işi açıldı


Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Baş Prokurorluq təxirəsalınmaz tədbirləri davam etdirir.

Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, İraqın müxtəlif ərazilərində yaşayan PKK-PYD-YPG terror təşkilatlarına aid şəxslərin, eləcə də Livan vətəndaşı Vartkes adlı şəxsin və digərlərinin Azərbaycana qarşı törətdikləri cinayət əməllərinə dair toplanmış material əsasında araşdırma aparılıb.

Araşdırmalarla Aslan Murad Vartanyan, Bese Hozat və qeyrilərinin çağırışı, Livan Karadağ, Hemaran Kervaçian, Sərvət Bagopşinin rəhbərliyi altında Suriya, Livan, İraqın müxtəlif ərazilərində yaşayan “PKK-PYD-YPG” terror təşkilatlarına aid bir qrup şəxslərin 2016-cı ilin mart-aprel və 2020-ci ilin sentyabr-noyabr aylarında, Livan vətəndaşı Vartkes adlı şəxs və digərlərinin isə 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olmuş digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycanın dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bundan başqa, həmin cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işləri başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda hər iki cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar