Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan komada: “Mehrini də itirdik” — Ölkə xaosa sürüklənir

Tarix: 13-11-2020 15:21     Baxış: 4194 A- / A+
Ermənistan komada: “Mehrini də itirdik” — Ölkə xaosa sürüklənir


“Kəlbəcər, Laçın və digər ərazilərdə yaşayan qarabağlıları taksilərə mindirdilər, benzin götürdülər və evlərini türklərə (azərbaycanlılara) qoymamaq üçün yandırdılar. Çünki Nikol bu yerləri Azərbaycana təhvil verdi”.

Manevr.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyan deyib.

Minasyan Ermənistan baş nazirinin xəyanətdə ittiham edib.

“Hadrutda yaşayan insanlar indi İrəvanda qapı-qapı, səfirlikdən səfirliyə gəzirlər. Nikola cavablarını almadıqları suallar verirlər: “Hadrutu təhvil verdin, indi harada yaşayacağıq?” Çünki İrəvana gələn Hadrut sakinləri təchiz edilməyib. Sosial İşlər Nazirliyi onlara baxmır. 10 nəfərlik qruplarda otaqlarda yerləşdiriliblər. Dövlət büdcəsində yemək nəzərdə tutulmadığını deyirlər. İnsanlar əlil arabaları almağa çalışırlar, İrəvanda tapılmır. Babası ayağını itirən əsgəri qucağında evinə aparır. Çünki Səhiyyə Nazirliyi mövcud deyil.

Ermənistan komadadır. Nikolla birlikdə erməni xalqı yetim qaldı. Yalnız Təhlükəsizlik Xidməti, polis, prokurorluq və məhkəmə işləyir. Onların isə işi Nikolu qorumaqdır. Mafiya qrupları özlərini silahlandırdılar, Nikolu və ailəsini şəxsən qoruyurlar. O, vətəni məhv edən, itirən, sınmış vətən xainidir”.

Minasyan ermənilərin təkcə Dağlıq Qarabağı yox, Mehrini də itirdiklərini bildirib.(konkret.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar