Xəbər lenti
Əsgərimiz bu mesajı ilə hamını kövrəltdi - ŞƏKİLLƏR
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə divarlara hərbçilərimizin yaşadıqları rayonların adlarını yazması ənənəyə çevrilib. Lakin bu dəfəki yazı sosial şəbəkələrdə həssaslıqla qarşılanıb.
Vətən Müharibəsinin iştirakçısı Elçin Əhmədov tikililərin birinin divarına "Maştağa 1 N-li internat” sözlərini yazıb. Bundan sonra hər kəs onu tapmağa və dəstək olmağa çalışıb. Elçin Əhmədov özü həmin internat məktəbində böyüyüb. İndi isə 3 övlad atasıdır. Döyüşlər başlayanda da könüllü olaraq müharibəyə yollanıb.
O, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin aktiv üzvlərindən olub. Könüllü kimi bir çox Qeyri-hökumət təşkilatlarının aksiyalarında iştirak edib.
E.Əhmədov bu gecə sosial şəbəkə hesabında əsgər yoldaşları ilə birgə döyüş zamanı çəkdirdiyi şəkli paylaşaraq bunları yazıb: "Yastığımız Vətən daşı, yorğanımız qar olsun. Neçə vaxtdır sosial şəbəkələrdən uzağıq. İndi görürəm ki, bəzi təxribatçılar ağlına gələni də yazır. Siz bilmirsiniz buralar necə soyuqdur, necə əziyyətlərə qatlanırıq. Ali Baş Komandanımız hər şeyi götür-qoy edir. Nə etdiyini də gözəl bilir. Biz nə soyuqdan, nə şərəfsiz düşmənimizdən qorxuruq. Bəli, müharibədir, hər şeyə dözməliyik, şükürlər olsun dözürük də. Hara qədər desələr, nə vaxta qədər desələr Vətən keşiyində durmağa hazırıq. Təxribatlara uymayın, hər şey yaxşıdır, hər şey də ölkəmizin, xalqımızın xeyrinədir. Siz bilmədiyiniz çox şey var, zamanı gəlincə hər şeyi biləcəksiniz. İndi sizlərə sadəcə səbrli olmaq, ölkəmizin, rəhbərimizin yanında olmaq, onun fikirlərini dəstəkləmək düşür. Vaxt var idi nə Şuşa, nə Kəlbəcər, nə də işğal olunmuş rayonlarımızı görə bilirdik. İndi isə Şuşada biz çay içirik, ocaqda qaynatdığımız çay. Allah Prezidentimizi qorusun. Biz tək Ermənistanla savaşırıq, Ali Baş Komandanımız isə Dünyayla”./qafqazinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar