Xəbər lenti
Araik Aratunyan: “1500 erməni hərbçisi bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”
“Biz bu sənədi imzaladıq, çünki bir neçə min hərbçi mühasirəyə düşə bilərdi, Xankəndini qorumaq üçün artıq heç kim yox idi”.
Manevr.az xəbər verir ki, bu sözləri Qarabağdan qovulmuş separatçı rejiminin başçısı Araik Arutunyan “Facebook” hesabında canlı yayım zamanı deyib.
“Bu gün satqınları tapmağa çalışan siyasətçilər qoy öz övladlarının, qohumlarının döyüşlərdə iştirakı ilə bağlı məlumatları açıqlasınlar. Selfi çəkərək, hər kəsi aldatdılar, guya cəbhədə olduqlarını göstərdilər. Ancaq əslində orada deyildilər”, - deyə Araik Arutunyan bildirib.
O, qeyd edib ki, oktyabrın 3-də “çağırış edib, yalvarıb ki, cəbhəyə yollanmaq lazımdır, canlı qüvvə çatmır”, lakin tək qalıb.
“Hadrutdan 1500 erməni hərbçisi bir neçə kəşfiyyat-diversiya qrupunun qarşısından qaçdı. Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir”, - deyə A.Arutunyan bildirib.
O, həmçinin keçmiş, o cümlədən Şuşadakı müraciətlərindən hissələri təqdim edib və qeyd edib ki, bunlar satqınları və “torpaqları satanları” axtarmamaq üçün edilib. İlk epizod azərbaycanlıların Talışı aldığı və Suqovuşana qədər gəlib çıxdığı zaman oktyabrın 3-də çəkilib.
Onun sözlərinə görə, həmin vaxt hərbçilərin bir hissəsi təşviş içində geri çəkilib və arxa cəbhəni təmin etmək üçün resurslar çatışmayıb. Bəzi qeyri-nizami birləşmələr ön xətt mövqelərini tutmaqdan imtina ediblər.
“Mən dedim ki, öndə gedəcəyəm, onlar isə imtina etdilər”, - deyə A.Arutunyan qeyd edib./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar