Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan ordusuna “geri çəkil” çağırışı: “Yaxşı xəbərlər gəlir”

Tarix: 09-11-2020 19:22     Baxış: 4211 A- / A+
Ermənistan ordusuna “geri çəkil” çağırışı: “Yaxşı xəbərlər gəlir”

“Azərbaycan Ordusu Ermənistanın gözləmədiyi şəkildə cənubdan – Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində irəliləyərək İranla sərhədlərini işğaldan azad etdi. Azərbaycan ordusu həmin vaxt şimal cəbhəsində Talış və Murovdağla Tərtər yönündə Ermənistanın başını qatdı. Beləliklə, Kəlbəcərdən gələn təhlükənin qarşısını aldı. Azərbaycan ordusu əməliyyatların ağırlığını Füzuli və Şuşa istiqamətinə saldı. Hərbi qüvvələrini cənubun coğrafi relyefinə uyğunlaşdıran Azərbaycan qüvvələri Şuşanı işğaldan azad etdi”.

Manevr.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

Nəşr Azərbaycan ordusunun gözlənilmədən erməni qüvvələrini mühasirəyə aldığını bildirib:

“Azərbaycanın əvvəlcə Laçın dəhlizini bağlayacağını düşünən Ermənistan öz qüvvələrinin əsas hissəsini bura yığmışdı. Şuşada erməni müdafiəsi barədə lazımi məlumatları topladıqdan sonra Azərbaycan ordusu Ermənistanı təəccübləndirdi və bu bölgəni ilk hədəf olaraq müəyyən etdi. Azərbaycan xüsusi təyinatlıları çətin coğrafi şərtlərə baxmayaraq, Şuşaya daxil ola bildi. Bölgədəki müdafiəsini PKK terrorçularının çəkdiyi strateji xətt üzərində quran Ermənistan meşələri yandırıb tələ qursa da, məğlubiyyətdən yaxa qurtara bilmədi. Qeyri-adi taktiki və strateji planla Azərbaycan bayrağı Şuşada ucaldıldı. Bu, Azərbaycanın zəfəri, Ermənistanın məğlubiyyətinin elanı oldu”.

“Yeni Şafak” qeyd edir ki, Şuşadan sonra Azərbaycan ordusunun yeni hədəfi - şərqdə Xocalı üzərindəki Xankəndi və qərbdə Laçın dəhlizidir:

“Şərq-qərb istiqamətində genişləndiriləcək əməliyyatla 28 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Xocalı azad ediləcək. Şuşaya çox yaxın olan Xocalıda qazanılacaq qələbə Azərbaycan ordusu üçün mənəvi hədəf kimi önə çıxır”.

Nəşrin iddiasına görə, Şuşa qələbəsindən sonra bu bölgədə işğalçı qüvvələrdən güclü müqavimət gözlənilmir:

“Ermənistan ordusuna Qarabağdan çəkilmək çağırışı edilir. Hərbi mənbələr bu andan etibarən Ermənistanın bölgədə nizami qoşun əməliyyatları həyata keçirə bilməyəcəyini, PKK ilə birlikdə artilleriya və raket atışları xaricində özünü göstərə bilməyəcəyinə diqqət çəkirlər. Azərbaycan Qarabağdakı terrorçuları təmizləmək üçün güclü mübarizə apardığı vaxt, şimaldan – Ağdam istiqamətindən yaxşı xəbərlər gəlir”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar