Xəbər lenti
Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşadan Ermənistana köçürülüb - RƏSMİ

Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana köçürülüb.
Manevr.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova apa-ya faktı təsdiqləyib.
Bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslər Ermənistana köçürülüb.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistana köçürülməsi barədə mətbuatda məlumatlar yayılmışdı.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub.
“Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa həbsxanasında saxlanılırdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar