Xəbər lenti
Azərbaycan ordusundan sarsıcıdı zərbə - Erməni lobbisi əlac arayır...
“Erməni lobbisi Azərbaycan ordusunun cəbhədəki uğurlarında böyük rol oynayan türk dronları ilə bağlı ABŞ-ın texnologiya nəhənginə məktub yazıb. Şirkət isə bu iddiaları araşdıracağını bildirib”.
Manevr.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, sentyabrın 27-dən əməliyyatların başlamasından bəri Ermənistan ordusuna ağır zərbələr endirən Azərbaycan Silahlı Qüvvələri 28 ildir işğal altında olan torpaqları azad etmək üçün sürətlə irəliləyir.
Nəşr Azərbaycan ordusunun Ağdərə və Xocavənd istiqamətlərində düşmənə sarsıdıcı zərbə vurmasına da diqqət çəkib:
“İşğalçının ordusunu yeni nəsil silahlarla gücləndirən Azərbaycana qarşı edə biləcəyi heç nəyi yoxdur. Azərbaycanın erməni ordusu qarşısında əzici üstünlüyü var. Azərbaycan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə doğru irəliləyişi davam etdirdiyi halda, çarəsiz durumda olan Ermənistan boşluğu muzdlularla doldurmaqla yanaşı, digər vasitələrə də əl atır.
İki ölkə arasındakı qarşıdurmada tarazlığın dəyişməsində böyük rol oynayan türk dronlarına qarşı hərəkətə keçən erməni lobbisi Pilotsuz Uçan Aparatlarda (PUA) avadanlıqlarından istifadə edildiyini bildirdiyi ABŞ-ın texnologiya şirkəti “Garmin”ə bir məktub yazıb. Amerika Erməniləri Milli Komitəsi öz məktubunda şirkətdən PUA-larda istifadə olunan hissələrin Türkiyə və Azərbaycana satışını dayandırmasını istəyib. Bundan sonra sözügedən şirkət məsələni araşdıracağını bildirib”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar