Xəbər lenti
Şuşa şəhərinin üç istiqamətdən mühasirəyə alınması... – Hərbi ekspert
"Azərbaycan ordusu Qarabağda bütün vacib istiqamətləri işğaldan azad edib”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Rusiyanın "avia.pro” saytında Şuşa şəhərinin üç istiqamətdən - cənubdan, qərbdən və şərqdən mühasirəyə alınması ilə bağlı məqaləyə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, həm Rusiya, həm Ermənistan, həm də erməni sosial şəbəkəsi davamlı olaraq Qarabağda gedən hərbi əməliyyatlarla bağlı bu və digər formada informasiyalar yayırlar:
"Onlar məlumatlarında bildirirlər ki, Azərbaycan ordusu əməliyyatlarını genişləndirib və Şuşa-Xankəndi istiqamətində vacib, strateji əhəmiyyətli yüksəklikləri ələ keçirib. Belə informasiyalar yayılmaqdadır. Bu məlumatların nə qədər həqiqətə uyğun olub-olmaması və rəsmi şəkildə təsdiqini taparsa, biz hər hansı fikir söyləyə bilərik. Amma ümumilikdə demək istəyirəm ki, Ermənistan ordusunun müqaviməti qırılıb”.
Ramil Məmmədli bildirib ki, Ermənistan ordusu ən vacib istiqamətlərdən geri çəkilib:
"Azərbaycan ordusu bütün istiqamətlərdə öz cəbhə xəttini genişləndirir. Belə olan təqdirdə Ermənistan ordusu geniş formada müdafiə xəttini təmin edə bilmir. Azərbaycan ordusunun qarşısında müəyyən problemlərlə, çətinliklərlə qarşılaşır. Bu bir reallıqdır”.
Qeyd edək ki, Rusiyanın "avia.pro” saytında Şuşa şəhərinin 3 tərəfdən mühasirəyə alınması haqqında məlumat dərc olunub. Məlumatda Azərbaycan ordusu şəhəri bir gecədə üç istiqamətdən - cənubdan, qərbdən və şərqdən mühasirəyə alınması və şəhərə güclü hücum üçün son hazırlığın görülməsi barədə məlumat verilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar