Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rus ekspert ermənilərin “fosforlu bomba” iddiasını darmadağın etdi

Tarix: 02-11-2020 12:23     Baxış: 5229 A- / A+
Rus ekspert ermənilərin “fosforlu bomba” iddiasını darmadağın etdi


Dünyanın müxtəlif nöqtələrində hərbi konfliktlərin alovlanması zamanı jurnalistlər qəribə daimiliklə bir daha "fosfor” (Phosphorus) adlı "stüardessanı” qazıb tapırlar. Hazırkı Dağlıq Qarabağ konflikti də istisna deyil.

Manevr.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Muraxovski deyib.

Onun sözlərinə görə, geniş yayılmış inamın əksinə olaraq, müasir alovlandırcı döyüş sursatlarında fosfor (ağ və ya qırmızı) istifadə edilmir:

"Utilitar səbəbdən: fosforun yanma temperaturu 1000 dərəcədən çox deyil. Müqayisə üçün, termit qarışıqlarının (alüminium + dəmir oksidi) yanma temperaturu 2500 dərəcədir. SSRİ-də, hazırda Rusiyada alovlandırıcı döyüş sursatında yanma temperaturu 2500 dərəcəyə qədər olan OM ailəsinin (OM-12, 125, 419 və başqaları) metallar əlavə edilmiş pirogelləri istifadə olunur. Fosfor alüminium və maqnezium oksidlərin, borium nitratın tələb olunduğu sursatların işıqlandırılmasında da istifadə edilmir. Fosfor tez-tez tüstü pərdələrinin maskalanmasında, tüstü effekti yaratmaq üçün istifadə olunur. Tipik nümunələri ABŞ-ın 155 mm-lik M110, M825 tüstü mərmiləridir. Onlar 70-dən çox ölkənin arsenalında var. Tüstü elementləri ağ fosfordandır, seqmentlər şəklində hazırlanır və künc istiqamətverici əsaslara (hər korpusda 3-5 əsas, 70-140 tüstü elementi var) yerləşdirilir”.

Ekspert bildirib ki, Rusiyada (SSRİ-də) tüstü döyüş sursatlarında fosfordan istifadə edilməyib. Rusiyada iki növ tüstü əmələ gətirən birləşmələrdən istifadə edilib:

"1. Antrasen + kalium xlorat + ammonium xlorid;

2. Titan-maqnezium tozu + alüminium tozu + heksaxloretan + kükürd.

Həm də vurğulamaq lazımdır ki, hərbi əməliyyatlarda ağ/qırmızı fosforun istifadəsinə dair xüsusi qadağalar yoxdur. Dağlıq Qarabağdan yayılan görüntülərdə tipik bir alovlandırıcı sursatın (böyük ehtimalla pirogel ilə) təsirini görürük, içərisində fosfor yoxdur”./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar