Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağın separatçı rəhbəri postu qoyub QAÇDI

Tarix: 01-11-2020 16:14     Baxış: 4219 A- / A+
Qarabağın separatçı rəhbəri postu qoyub QAÇDI


Qondarma “DQR”-in separatçı rəhbəri Araik Arutunyanın Şuşa kilsəsində çəkildiyi iddia edilən videomüraciəti sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub.

Manevr.az AzərTac-a istinadən xəbər verir ki, diqqətçəkən məqamlardan biri odur ki, son 10 gün ərzində döyüş əməliyyatları ilə bağlı yayılan videoları, rəsmi məlumatları diqqətlə təhlil etdikdə bu videomüraciətin iddia olunduğu vaxtda, yəni, oktyabrın 30-da çəkilmədiyi aydın görünür.

Belə ki, döyüş əməliyyatlarının getdiyi əraziləri, Azərbaycan Ordusunun irəliləmə dinamikasını, azad edilən yaşayış məntəqələrinin yerləşmə coğrafiyasını nəzərdən keçirdikdə asanlıqla müəyyən etmək olur ki, video oktyabrın 30-da deyil, həmin tarixdən ən azı 7-10 gün əvvəl qeydə alınıb.

Müraciətin köhnə olmasına və tələsik hazırlanmasına səbəb isə Azərbaycan Ordusunun tezliklə həmin əraziləri azad edərək nəzarətə götürəcəyini separatçı rejimin rəhbərliyinin anlamasıdır.

Videosüjet təxminən oktyabrın 20-22-si arasında qeydə alınıb. Çəkilişdən dərhal sonra Araik Arutunyan öz “svitası” ilə Qarabağı tərk edib və Ermənistan ərazisində, Ermənistan-Azərbaycan dövlət sərhədinin yaxınlığında qərarlaşıb.

Beləliklə, döyüşlərdə mənasız yerə həyatını itirən və əlil olan erməni gənclərin taleyi həmişəki kimi, Ermənistanın kriminal siyasi-hərbi rəhbərliyini maraqlandırmır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar