Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli var” - Rusiyalı hərbi ekspert

Tarix: 27-10-2020 21:12     Baxış: 4282 A- / A+
“Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli var” - Rusiyalı hərbi ekspert

"Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli var. Bunu əslində Azərbaycan Ordusu hazırda sübut edir".

Manevr.az xəbər verir ki, bu sözləri Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.

Rusiyalı hərbi ekspert bunu hansısa tərəfə simpatiya və ya antipatiya bəsləmədən dediyini vurğulayıb.

İ.Korotçenko bir sıra rusiyalı ermənipərəst ekspertlərin və erməni əsilli politoloqların media məkanına Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın neft və qaz obyektlərinə raket zərbəsi endirməsinin vacibliyi barədə tezisləri aktiv şəkildə buraxmasının yolverilməz olduğunu söyləyib:

"Bu cür çağırışlar terror həyata keçirməyə çağırış kimi qiymətləndirilməli və həmin çağırışı edənlərə qarşı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmalıdır. Ermənistana qarşı heç bir simpatiya - səmimi və ya ödənişli, Azərbaycana qarşı terror həyata keçirilməsinə çevrilməməlidir", - deyə rusiyalı hərbi ekspert qeyd edib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar