Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ordumuz Xankəndidə erməni ordusunun 3 əsas nöqtəsini məhv edib

Tarix: 27-10-2020 16:41     Baxış: 3241 A- / A+
Ordumuz Xankəndidə erməni ordusunun 3 əsas nöqtəsini məhv edib

"Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur".

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Al Jazeera” kanalına müsahibəsində deyib.

Prezidentin köməkçisi bildirib ki, Xankəndidə erməni ordusunun üç əsas nöqtəsi var idi: "Azərbaycan şəhərlərinə oradan raket atırdılar. Azərbaycan Ordusu həmin hərbi hədəfləri məhv etdi. Ola bilər ki, orada mülkilər arasında itkilər olsun. Lakin bu, məqsədli şəkildə edilməyib. Ermənistandan fərqli olaraq, Azərbaycan erməniləri məqsədli şəkildə bilərəkdən hədəfə almır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar