Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

POLKOVNİK: Laçınla bağlı xoş xəbərlər eşidəcəyik

Tarix: 26-10-2020 16:40     Baxış: 5249 A- / A+
POLKOVNİK: Laçınla bağlı xoş xəbərlər eşidəcəyik


"Bir sıra məsələlər var ki, onlar operativ şəkildə həll edilməlidir. Lakin döyüçlərin gedişatında təəssüf ki, bəzi ləngimələr olub. O ləngimələrin nədən ibarət olduğunu isə Ali Baş Komandan və Müdafiə Nazirliyi daha yaxşı bilir. Yəqin ki, döyüşlər qələbə ilə yekunlaşdıqdan sonra bu haqda ətraflı məlumat veriləcək".


Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov dünən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Prezident İlham Əliyev müşavirədə bəzi problemlərin aradan qalxması üçün göstərişlər verib:

"Hesab edirəm ki, Ali Baş Komandanın hərb müşavirədə dediyi o ləngimələr bundan sonra olmayacaq. Çünki qərargahda Müdafiə Nazirliyinin rəhbərliyinə, cəbhə bölgəsində yerləşən birlik komandirlərinə müəyyən tapşırıqlar verdi. Onlar Prezidentin tapşırıqlarını tam şəkildə yerinə yeirəcəklər. Hazırda hər şey plan üzrə gedir və narahatlığa ciddi əsas yoxdur. Bəzi məqamlara müharibədən sonra aydınlıq gətiriləcək. Müəyyən boşluğa və ehtiyatsızlığa yol verənlər sərt şəkildə cəzalandırılaacaq”.

Hərbi ekspert tezliklə Laçın rayonu haqqında xoş xəbərlərin olacağını bildirib:

"Bu gün Müdafiə Nazirliyinin xəbərinə görə, Azərbaycan Ordusu Laçının Səfiyan kəndindədir. Ordumuz Laçın rayonu ərazisinə daxil olubsa, bu, o deməkdir ki, yaxın vaxtlarda Laçınla bağlı xoş xəbərlər eşidəcəyik”.

Ü.Cəfərov Kəlbəcər rayonun bir hissəsinin işğaldan azad olunmasından da danışıb:

"Prezident İlham Əliyevin dünən açıqladığı məlumata görə, artıq Azərbaycan Ordusu Kəlbəcərin bir hissəsini işğaldan azad edib. Bu, böyük uğurdur və düşmən artıq çox çətin vəziyyətə düşüb. Həmçinin, Kəlbəcərə Ordumzuzun girişi o deməkdir ki, artıq qələbəyə sayılı günlər qalıb”.(redaktor.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar