Xəbər lenti
Putin Sarkisyanı bu adamla əvəz edəcək - QARABAĞ ŞƏRTİ
Rusiya Serj Sarkisyanı Karen Karapetyanla dəyişdirir.
Manevr.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan jamanak” qəzeti yazıb.
Qəzet Ermənistanın baş nazirinin Rusiyaya səfərinə diqqət çəkərək, bunun son 10 ildə ilk hadisə olduğunu qeyd edib.
“Karapetyanı Moskvada fəxri qarovul qarşıladı. Bu əlbəttə ki, prosedur qaydası idi, çünki Karapetyan Moskvaya rəsmi səfərə getmişdi. Lakin diqqətçəkən məqam odur ki, son 10 ildə Ermənistanın heç bir baş naziri Rusiyaya rəsmi səfərə getməyib. Sonuncu dəfə baş nazir kimi Serj Sarkisyanın özü 2007-ci ildə Moskvaya rəsmi səfərə getmişdi. Daha sonra o prezident oldu və prezidentliyi dövründə heç kimə bunu etməyə icazə vermədi. Hətta Putin və Medvedevlə ilıq münasibətlərə malik olan Tiqran Sarkisyan belə bunu edə bilməmişdi. Sarkisyan bununla göstərirdi ki, Rusiya ilə bağlı münasibətlərdə qərarları yalnız özü verir. Karen Karapetyan faktiki olaraq, bu tabunu dağıtdı. Onun bu səfəri göstərir ki, Rusiya Ermənistandakı aparıcı rolu Karapetyana verir”, - deyə qəzet yazıb.
Qəzet qeyd edir ki, Rusiya Karapetyanı həm də Sarkisyana alternativ yaradır:
“Sarkisyan nə vaxtsa, çərçivəni aşarsa, onu dərhal Karapetyanla əvəzləyəcək. Əslində Karapetyanın Ermənistana gəlişi və baş nazir postuna təyin olunması ilə Rusiya öz əlində alternativ yaratdı”.
Qeyd edək ki, Karen Karapetyan Ermənistanın baş naziri təyin olunması ərəfəsində “Qazprom”da işləyirdi.
Karapetyanın gəlişi ilə Putinin Sarkisyana alternativ yaratması ehtimalları yeni deyil.
Bir müddət öncə rusiyalı politoloq Vadim Dubnov Karapetyanın təyinatını Moskvanın gələcək planları ilə bağlı olduğunu açıqlamışdı.
“Rusiya Ermənistanda öz yanaşmasını dəyişir. Moskva bundan sonra proqressiv, intellektual və Rusiyaya loyal olan insanlarla işləyəcək. Bura Rusiyadakı erməni milyarderlər də daxil ola bilər. Karen Karapetyanın baş nazir təyin olunması Rusiyanın istəyinin əyani sürətidir. Karen Karapetyan Ermənistanda Moskvanın adından çıxış edir və bununla Rusiya öz planlarını həyata keçirir. Əlbəttə, bu oyunlar həmişə var idi və Moskva həmişə Ermənistanın daxili proseslərində təmsil olunurdu. Lakin son siyasi proseslər göstərdi ki, Moskva bir qədər yayınıb. Rusiya Ermənistanda əsasən Qarabağ məsələsinə və xarici siyasətə nəzarəti əldə saxlamağa çalışırdı. Digər siyasi proseslər onu o qədər də maraqlandırmırdı. İndi isə Moskva daha çox maraq göstərir və kənar müşahidəçi olmaq istəyir. Yəni Ermənistanın idarəçiliyində Moskva erməniləri təmsil olunurlar və nəzarət Rusiyanın əlində olur. Karen Karapetyan faktiki olaraq, Moskva ermənisidir. Moskva Ermənistanı son zamanlar öz orbitində saxlamağa daha çox enerji sərf edir. Hesab etmək olar ki, Rusiya Ermənistana “Moskva erməniləri”ndən ibarət desant çıxaracaq və öz təsirini gücləndirəcək. Bu prosesdə Moskvadakı erməni biznesmenlər də iştirak edəcək”, - deyə o vurğulamışdı.
Dubnovun sözlərindən də belə çıxır ki, Rusiyanın Sarkisyanı nəzarətdə saxlamasının səbəblərindən biri də Qarabağ məsələsidir. Hesab etmək olar ki, Sarkisyan Qarabağ məsələsində Rusiyanın istəyinə uyğun hərəkət etməsə, onu Karapetyanla əvəzləyə bilər.Publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar