Xəbər lenti 
					
 
		Erməni nazir müavini beynəlxalq iclasda “Bizi xilas edin” deyə yalvardı

MDB gənclərlə iş üzrə Şuranın sayca 27-ci iclasında Azərbaycanı Gənclər və İdman nazirinin müavini İntiqam Babayev təmsil edib.
AGİN-in Mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, Rusiya Federasiyası, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın gənclər siyasətinə məsul nazirlərinin qatıldığı iclas COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatında gerçəkləşib.
İclasın ilkin mövzularından biri İkinci Dünya Müharibəsinin 75 illiyi ilə bağlı üzv dövlətlərin bu istiqamətdə gördüyü işlərlə bağlı məruzələrin dinlənilməsi olub.
Öz növbəsində nazir müavini İntiqam Babayev Azərbaycanın faşizm üzərində qələbənin qazanılmasında xüsusi töhfəsi olduğunu diqqətə çatdıraraq, nazirliyin bununla bağlı həyata keçirdiyi bir çox layihələr haqqında məlumat verib, hər il 9 May Qələbə gününündə gənclərin müharibə veteranları ilə görüşdüklərini, onların qəhrəmanlıqlarının yaşadıldığını diqqətə çatdırıb.
Məhz elə Ermənistanı da qıcıq edən İntiqam Babayevin qələbənin 75 illiyini qeyd etdiyimiz bu məqamda Azərbaycanın Ermənistan tərəfindən faşistcəsinə hücumlara məruz qaldığını, müharibənin aparılmadığı Gəncə, Mingəçevir və digər şəhərlərinə düşmənin bütün beynəlxalq prosedurları pozaraq, raket atdığını və nəticədə, dinc əhalinin öldürüldüyünü, uşaqlar da daxil olmaqla, bir çox insanların yaralandığını, yaşayış evlərinə ciddi ziyan dəydiyini söyləməsi olub.
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Artur Martirasyan Dağlıq Qarabağın şəhər və kəndlərinin Azərbaycan tərəfindən hücuma məruz qaldığını, Şuşadakı kilsənin dağıdıldığını və bu döyüşlərdə Türkiyənin ölkəmizə dəstək göstərdiyini söyləyərək, MDB gənclərlə iş üzrə Şuranın iştirakçılarını Azərbaycana qarşı mübarizəyə çağırıb.
Nazir müavini “Bizi xilas edin” söyləyərək, imdad diləyib.
Qeyd edək ki, iclas zamanı MDB-yə üzv ölkələrin ötən dönəm ərzində gənclər və idman sahələrində gördükləri işlərə nəzər salınıb, fikir mübadiləsi aparılıb.
Sədrlik növbəti il üçün Tacikistana keçib.oxu.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















