Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Bu, Türkiyəyə təcavüzdür” – Ermənistana baha başa gələcək səhv

Tarix: 16-10-2020 16:27     Baxış: 4185 A- / A+
“Bu, Türkiyəyə təcavüzdür” – Ermənistana baha başa gələcək səhv

“Ermənistan ordusu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumu təşkil edib. Keçmişdə imzalanmış müqaviləyə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Bu baxımdan, Naxçıvana edilən hücum, Türkiyəyə müdaxilə sayılır”.

Manevr.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı yazıb.

Mənbə məsələ ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamaya istinad edib:

“Ermənistan işğal etdiyi Qubadlı bölgəsindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumu edib. Açıqlamada mülki əhalinin və yaşayış məntəqələrinin hücum nəticəsində zərər görməməsi barədə məlumatlar yer alıb”.

Mənbə vaxtilə Rusiya və Türkiyə arasında Naxçıvana dair imzalanmış müqaviləni xatırladıb:

“Qurtuluş döyüşü zamanı Atatürkün təşəbbüsü ilə Rusiya ilə dialoq başladı, bunun nəticəsində 1921-ci il martın 16-da Moskva sazişi imzalandı. Beləliklə, Türkiyə və Sovet İttifaqı Naxçıvanın qarantı oldu. Bu razılaşmadan sonra oktyabrın 13-də Qars müqaviləsi imzalanıb və Naxçıvan Azərbaycanın himayəsində olan muxtar bölgə kimi təsdiq edilib. Qars müqaviləsinə Sovet İttifaqı və Türkiyə ilə yanaşı, Azərbaycan, Gürcüstan və Ermənistan da imza atıb. Razılaşma Naxçıvanın ərazi bütövlüyünü təsdiq edir və qarant ölkəyə hərbi müdaxiləyə icazə verir”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar