Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

5 minə yaxın erməni zabit və əsgərdən xəbər yoxdur - ŞƏKİL

Tarix: 09-10-2020 18:19     Baxış: 5253 A- / A+
5 minə yaxın erməni zabit və əsgərdən xəbər yoxdur - ŞƏKİL


Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlar bu ölkəyə baha başa gəlib. Əvvəlcə ərazi və canlı qüvvə itkilərini gizlətmək istəyən Ermənistan artıq bir neçə gündür etiraf etmək məcburiyyətində qalıb. Daha doğrusu, erməni xalqı, məhv edilən hərbçi valideynləri Ermənistan rəhbərliyini dalana dirəyib.

Nəhayət erməni xalqı anlayıb ki, Ermənistan rəhbərliyi xalqı öz terror və faşizm siyasətinə qurban verib. Övladları zorla döyüşə göndərilən və bu günə qədər öldü və ya qaldısından xəbər olmayan valideynlər Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etirazlara başlayıb.

Manevr.az
trend-ə istinadla xəbər verir ki, artıq ermənilər sosial şəbəkələrdə döyüşə göndərilən ermənilərin şəkillərini paylaşmaqla elan verir, onların sağ və ya ölü olması barədə xəbərlər gözləyirlər.

5 minə yaxın erməni zabit və əsgərdən xəbər yoxdur - ŞƏKİL


Erməni sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsində 5 minə yaxın erməni zabit və əsgərləri haqda məlumat yoxdur. Bu hələ ölüb və ya sağ olmasından xəbərsiz hərbçilərin sayıdır. Ermənilərin paylaşımlarına görə, bu günə qədər 4 minə yaxın şəxs isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilərək meyitləri valideynlərinə təhvil verilib.

5 minə yaxın erməni zabit və əsgərdən xəbər yoxdur - ŞƏKİL


Cəbhədəki erməni əsgərlərinin və hətta, zabitlərinin də valideynləri, yaxınları sosial şəbəkələrdə onların adını nə ölü, nə yaralı siyahısında, nə də hərbi hissələrdə tapa bilmərlər. Bu, Ermənistan hərbi rəhbərliyinin itkiləri gizlətməsinin növbəti təsdiqidir – özü də yalnız əsgərlər yox, zabitlər arasında da itkilər yüksəkdir.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan sosial şəbəkələrdə hərbçilərin taleyi ilə bağlı paylaşımların çox olduğunu etiraf edir. Ovannisyan etiraf edib ki, bəzi vətəndaşlar bu günlərdə oğullarının fotolarını sosial mediada dərc edərək onların tapılmasına kömək istəyir: "Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik”.

Bu açıqlama ilə Artsrun Ovannisyan canlı qüvvə sarıdan da Ermənistanın çoxsaylı itkilərə məruz qalmasını təsdiqləyir.

Sosial şəbəkələr üzərindən məsələnin aktiv şəkildə gündəmə gəlməsi Paşinyan iqtidarına qarşı əsgər analarının və bütün cəmiyyətin yeni etiraz aksiyalarına başlaması üçün növbəti zəmin yaradır. Erməni xalqına işğal olunan torpaqları itirmədiklərini deyən Paşinyan hakimiyyətinin iç üzünü erməni hərbçilərinin itkin düşməsi, meyitlərinin belə tapılmaması faktı açdı. Onsuz da çökmüş vəziyyətdə olan Paşinyan hakimiyyəti döyüşə zorla göndərilən şəxslərdən heç bir xəbər olmamasından sonra tam olaraq dirənib.

Çarəsiz qalan Ermənistan siyasi rəhbərliyi məğlubiyyətlərini və erməni xalqını əsassız qırğına verdiyini etiraf etməyə başlayıb. Artıq döyüşdə itkin düşənlər və məhv edilənrin yaxınları Paşinyana qarşı birləşir. Erməni xalqına verilən yalan vədlərə əməl edə bilməyən Paşinyan atəşkəs elan etmək üçün yalvarmadığı xarici ölkə başçısı qalmayıb. Lakin onun bu yalvarışları fayda verməyib. Ali Baş Komandan, Preizdent İlham Əliyev isə atəşkəsin bərpa olunması üçün şərtlərini açıqlayıb.

Cənab Preizdent qəti olaraq bildirib ki, atəşkəs yalnız bir halda olacaq - ya Ermənistan silahlı qüvvələri dərhal işğal altındakı bütün əraziləri tərk edəcək, ya da onları son nəfərinə qədər məhv edəcəyik. Ali Baş Komandan yalnız bundan sonra danışıqlar masasında əyləşəcəyini bildirib. İndi Paşinyanın cəmi bir yolu var, ya Ermənistan Silahlı Qüvvələrini Qarabağdan çıxarmaq, ya da Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilərək qovulmaq. İkinci bir yolu qalmayan Paşinyan Azərbaycan Silahlı Qüvvələri ilə erməni xalqının təzyiqləri arasında sıxılaraq çapalayır. Paşinyan özü də çox gözəl anlamağa başlayıb ki, artıq son çırpıntılarıdır.

Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirən erməni ordusuna Paşinyandan son təxribat xarakterli tapşırıq verilmişdi ki, atəşkəsin bərpası üçün Azərbaycanın dinc əhali yaşayan ərazilərinə atəş açsınlar. Amma artıq onların bu niyyəti də baş tutmadı. Azərbaycan əhalisi ermənilərin hətta raket zərbələri qarşısında tab gətirərək Azərbaycan Ordusuna birlik nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri isə dinc sakinlərimizi atəşə tutan erməni atəş nöqtələrini darmadağın etdi. Artıq ermənilərin əli bu üsuldan da çıxdı.

Ermənistanda sosial şəbəkə istifadəçiləri Dağlıq Qarabağdan deyil, məhz Ermənistandan Azərbaycana qarşı müharibəyə zorla göndərilmiş və itkin düşdüyü bildirilən yaxınlarının, qohumlarının fotolarını yayırlar. Bununla da işğal edilmiş ərazilərdə ordumuza qarşı döyüşlərdə Ermənistanın, onun hərbi qüvvələrinin iştirak etməsi bir daha təsdiq edilir.

Bu faktı bir neçə gün öncə işğaldan azad olunmuş Cəbrayıl rayonunda yaşayan, Ermənistana qayıtmaq istəmədiyindən gizlənərək Azərbaycan Silahlı Qüvvələrindən yardım istəyən, Azərbaycan hərbçilərinə "Torpaqlarınıza xoş gəlmisiniz" deyən və hərbçilərimiz tərəfindən döyüş bölgəsindən təhlükəsiz təxliyyə edilən erməni qadın Aznif Baqdasaryan da Bakıda keçirdiyi mətbuat konfransında dedi. Ermənistana qayıtmaqdan imtina edərək Azərbaycan hərbçilərindən yardım istəyən erməni qadın bildirdi ki, Dağlıq Qarabağda məskunlaşmış erməni xalqı azərbaycanlılara güllə atmır, Azərbaycan torpaqlarını işğalda saxlamaqda maraqlı olan Ermənistanın siyasi rəhbərliyidir.

İndi Paşinyan erməni ordusunda sağ qalan bir-iki nəfər mülki döyüşçünün təhlükəsizliyini fikirləşməyə başlayıb və ona görə Rusiyadan atəşkəsə çağırış istəyir. Çağırışa isə Azərbaycan tərəfi müsbət cavab verib. Cavab isə budur - baş verənlər yalnız Azərbaycan ərazilərinin işğalına son qoyulduğu və Ermənistan silahlı qüvvələrinin buradan çıxdığı halda erməni hərbçilərinin təhlükəsizlikdə ola biləcəyini bir daha təsdiq edir. Əks halda erməni döyüşçüləri Azərbaycan Silahlı Qüvvələri üçün hərbi hədəfdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar