Xəbər lenti 
					
 
		General-mayorumuz detalları açıqladı: Ordumuz cəbhədə nə qədər irəliləyib?

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov cəbhədəki son vəziyyəti açıqlayıb.
Manevr.az xəbər verir ki, "Hürriyət"ə danışan general-mayor ordumuzun bir çox cəbhədə döyüşdüyünü bildirib. Onun sözlərinə görə, Azərbaycan ordusu indiyə qədər 25 km irəliləyib:

"Düşmənin atəş nöqtələrini məhv edirik. Bu günə qədər 250-dək tank və digər zirehli texnika, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 60-dək hava hücumundan müdafiə vasitələri, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası, 1 ədəd "S-300” zenit-raket kompleksi məhv etdik.
Ordumuz bu günə qədər 25 km irəliləyib. İşğal altında olan 27 yaşayış məntəqəsini geri aldıq. Erməni ordusu cəbhədə bizə qarşı döyüşə bilmədi. Çoxsaylı mövqeləri tərk edib qaçdılar.
Azərbaycan işğal olunmuş əraziləri uğrunda mübarizə aparır. Öz torpağımız, vətənimiz uğrunda mübarizə aparırıq. Hər kəs bunu bilməlidir".
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















