Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni əsgərdən etiraf: "200 nəfər gözümün qabağında öldü"

Tarix: 08-10-2020 10:04     Baxış: 5167 A- / A+
Erməni əsgərdən etiraf: "200 nəfər gözümün qabağında öldü"


Erməni əsgər düşmən cəbhəsində baş verənlərlə bağlı rus müxbirlərə danışıb.

"Novaya Qazeta"nın müxbirləri işğal olunmuş Qarabağ bölgəsinə səfər edib və yerli sakinlər və hərbçilərlə söhbətləşiblər.

Qondarma rejimin "andiçmə mərasimi"nin keçirildiyi Şuşa Mədəniyyət Evinin Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsinin təfərrüatları məlum olub.

Yerli sakinlərin sözlərinə görə, hadisə zamanı binada 300 adamın iştirakı ilə yüksək çinli zabitlərin yığıncağı keçirilirmiş. Hərbçilər iz azdırmaq üçün xidməti müşavirəni mülki obyektdə keçirsələr də, "görünür, agentlər Azərbaycan tərəfə bu barədə məlumat sızdırıblar" və binaya raket zərbələri endirilib. Qondarma rejimin vəzifəliləri arasında xeyli ölən və yaralananlar olub.

Artur Ohannisyan adlı könüllü əsgərlə söhbət zamanı isə məlum olub ki, düşmən 18 yaşlı təcrübəsiz gənclərin əlinə avtomat verib cəbhəyə yollasa da, onları normal qaydada patronla, zirehli jiletlə də tam təmin edə bilmir. Zirehli texnika, tank çatışmazlığı var. Yemək üçün 4 kilometr atəş riskli zonadan keçmək lazım gəlir.

Cəbrayılın Azərbaycan tərəfindən işğaldan azad olunması barədə erməni əsgəri "yuxarılar"da satqınlar olduğunu bildirir və bu işdə onları günahlandırır:

"Elə mənim gözümün qabağında 200 nəfər öldü, orada itki minlərlədir. Belə davam etsə, azərbaycanlılar lap Ermənistanın içinə qədər irəliləyə bilərlər".

Laçında da ərzaq dükanı sahibi və mülki əhalidən bir neçə nəfərlə olan söhbətlərdən Qarabağdakı insanların savaş və gələcək haqda ümidsiz olduqları aydın sezilir./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar