Xəbər lenti
“Təmas xəttində vəziyyət kifayət qədər gərgindir” - Nazir
“Azərbaycanda təmas xəttində vəziyyət kifayət qədər gərgindir. Suveren bir dövlətin ərazisində xarici silahlı birləşmələrin olması fövqəladə bir həqiqətdir və bildiyiniz kimi, 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin 20 faizi qonşu Ermənistanın işğalı altındadır”.
Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın nüfuzlu onlayn nəşri news.ru-ya müsahibəsində deyib. Nazir əlavə edib ki, rəsmi İrəvan vaxtaşırı bölgədə təxribatlar törədir. “Sentyabrın 27-də isə səhər saatlarından etibarən erməni silahlı qüvvələri təmas xəttindəki hərbi və mülki obyektlərə zərbələr endirib”, - deyə Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, 20 faiz işğal olunmuş ərazidən bəhs edərkən bura yalnız Dağlıq Qarabağ deyil, işğaldan əvvəl 700 000 azərbaycanlının yaşadığı ətrafdakı 7 rayon da daxildir. “Bu ərazilərdə etnik təmizləmə aparılıb. Bu gün həmin rayonlarda demək olar ki, bir nəfər də azərbaycanlı yoxdur. Təmas xətti bu rayonların xarici sərhədi boyunca yerləşir. Onun arxasında Ermənistan tərəfdə sıx məskunlaşma yoxdur. Azərbaycanın isə şəhərləri, kəndləri var. Ermənistan bu faktdan əlavə təzyiq və şantaj elementi kimi istifadə edir”, - deyə Ceyhun Bayramov vurğulayıb.
Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başladığı əks-hücum əməliyyatından danışan nazir bildirib ki, bu, erməni hərbçilərinin təxribatlarına məruz qalan mülki əhalinin təhlükəsizliyini qorumaq və Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrinin yaxınlığından uzaqlaşdırmaq məqsədi daşıyır.
“Hərbçilərimiz üçün hədəflər yalnız düşmənin hərbi obyektləridir. Mülki şəxslərə həyatlarını təhlükə altına salmamaq üçün hərbi obyektlərdən uzaq durmağa çağırış edilib”, - deyə o əlavə edib.
Ceyhun Bayramov daha sonra bildirib ki, erməni silahlı qüvvələrinin təxribatı Ermənistan hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq məqsədi daşıdığı istisna deyil.
Nazir sonda bildirib ki, bölgədə uzunmüddətli sülh hamının maraqlarına cavab verir. Lakin münaqişə həllini tapmadan hər hansı atəşkəs kövrək xarakter daşıyır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar