Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Vaxtilə Şuşada rəqs edən Paşinyan indi təşviş içindədir, hamıya zəng edir ki..." - Şərh

Tarix: 30-09-2020 20:23     Baxış: 4231 A- / A+
"Vaxtilə Şuşada rəqs edən Paşinyan indi təşviş içindədir, hamıya zəng edir ki..." - Şərh

Cənab Prezident İlham Əliyev ötən gün “Rossiya-1” telekanalına müsahibəsində kifayət qədər əsaslandırılmış, böyük diplomatik məharətə əsaslanan mövqe sərgilədi. Çünki indiki məqamda düşmən məqsədli təxribatlar aparır, yalan məlumatlar yayır. Ermənilərin iddiasına görə, guya Türk qoşunları Qarabağda ermənilərə qarşı vuruşur. Erməni qırıcı təyyarəsinin vurulması ilə bağlı yalan və həqiqəti əks etdirməyən informasiyalar tirajlanır. Digər iddialarda isə guya Suriyadan hansısa muzdluların Qarabağda ermənilərə qarşı döyüş əməliyyatlarında iştirakı ila bağlı fikirlər səsləndirilir. Eyni zamanda Rusiya mətbuatında da az da olsa, həmin iddialar yayılıb. Məhz cənab Prezident tərəfindən müsahibədə bu məsələlərin hər birinə faktlarla aydınlıq gətirildi.

Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, cənab Prezident "Nə üçün Azərbaycan əks-hücuma keçdi?" - sualını çox geniş və ətraflı şəkildə cavablandırdı:

“Prezident konkret olaraq faktlar sadaladı. Eyni zamanda qardaş Türkiyənin buradakı mövqeyinə də çox dəqiq və aydın cavab verdi. Dövlət başçısı vurğuldı ki, Türkiyənin Azərbaycana ancaq mənəvi dəstəyi var. Burada hər hansı digər dəstəkdən söhbət getmir. Güclü Azərbaycan ordusu öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. , Bununla da yalan informasiyalar yaymaqla ermənilər növbəti dəfə özlərini biabır etmiş oldular. Onların ictimaiyyəti çaşdırmaq üçün yaymış olduqları bütün yalan informasiyalar cənab Prezident tərəfindən ifşa edildi".

Deputatın sözlərinə görə, ermənilər ordu və digər məsələlərlə bağlı özləri haqqında mif yaratmışdılar:

“Bu gün isə güclü ordumuz qaşısında öz məğlubiyyətlərini əsaslandırmaq üçün yalan xəbərləri dövriyəyə buraxırlar. Erməni xəbər agentliklərində hazırda da bu yalanlar davam edir. Onların Su-25 təyyarəsinin guya Türk F-16-sı tərəfindən vurulması ilə bağlı uydurma xəbərlər tirajlanır. Cənab Prezident bununla bağlı da öz mövqeyini bildirdi ki, belə məlumat yoxdur, müasir radar sistemləri ilə də bunun təsdiqlənməsi çox sadədir".

Ceyhun Məmmədov əlavə edib ki, bu gün erməni cəmiyyəti təşviş və qorxu içindədir:

“Ermənilər çox ciddi məğlubiyyətlə üzləşiblər. Xaricdən cəlb etdikləri terrorçular da onların imdadına çatmadı. Şuşaya qondarma seçkilərə gəlib rəqs edən, tez-tez Qarabağa səfər edən Paşinyan bir neçə günün içərisində narahat, təşviş içərisində olan bir adama çevrilib. Hazırda elə bir ölkə başçısı qalmayıb ki, Paşinyan ona zəng edib Azərbaycanın döyüşləri dayandırmasını xahiş etməsin. Paşinyan bu məsələləri əvvəlcədən düşünməliydi. Onun kifayət qədər təcrübəsi olmadığı üçün belə halları düzgün qiymətləndirə bilməyib. Nəticəsi isə onun üçün daha təhlükəli və ağır olacaq”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar