Xəbər lenti 
					
 
		Aprel müharibəsinin gizlədilən detalları

2016-cı ildə Aprel müharibəsi Ermənistan və ermənilər üçün ən dramatik hadisə oldu. Bu son 24 ilin ən geniş eskalasiyası idi. Lakin əfsuslar ki, Ermənistan hakimiyyətinin ərazilərin qaytarılmasına hazırlaşdığı faktdır.
Publika.az xəbər verir ki, bu barədə erməni jurnalist Tavos Arşakyan “armenianreport” saytında yazıb.
Müəllif Sərkisyan rejiminin erməni xalqının başına açdığı oyunlara toxunub:
“Apreldə ölən əsgərlər qəhrəmanlaşdırıldı, İrəvan meriyası onların ailələrinə mənzillərin veriləcəyini canfəşanlıqla bildirdi. Lakin zaman keçdikcə hər şeyin sadəcə sözdən ibarət olduğu ortaya çıxdı”.
“Qraparak” qəzetinin məlumatına görə, Ermənistan ordusundan tərxis olunan əsgərlərin hərbi biletlərində Aprel döyüşləriində iştirak etdikləri haqda heç nə qeyd edilməyib.
“Tərxis olunan əsgərlərdən biri Madagizdəki döyüşdə iştirak edib. Lakin onun hərbi biletində harada xidmət keçməsi haqqında bölmə rənglənərək, görünməz hala salınıb. İndi o əsgər heç kəsə sübut edə bilməyəcək ki, döyüşlərdə iştirak edib”, - deyə qəzet yazıb.
Məlumata görə, tərxis olunmuş bir neçə əsgər bu məsələyə görə qəzetin redaksiyasına müraciət edib.
Qəzet yazır ki, hakimiyyətin məqsədi döyüşlərdə iştirak etmiş əsgərlərin gələcəkdə güzəştlərdən istifadə edə bilməsinin qarşısını almaqdır:
“Misal üçün, döyüşlərdə iştirak etmiş əsgərlərə təhsil haqqının 20 faizi güzəşt edilir. Hakimiyyət bu kiçik imkanları da onların əlindən alır”.
T.Arşakyan yazır ki, Sərkisyan rejimi artıq uçuruma yuvarlanır.
“Hakimiyyətin əsgərlərə kompensasiya verməməsi, onların güzəşt imkanlarını kəsməsi sual yaradır: yəni ölkə bu qədərmi kasıblayıb? Lakin cavab fərqlidir: hakimiyyət o qədər qudurub ki, əsgərin payına da göz dikir”, - deyə o qeyd edib.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Şou-biznes 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















