Xəbər lenti
Şəhid polkovnikin qızından təsirli sözlər:"Hər yerdə sən varsan, Atam, hər yer sənin xatirəndir..."
Xəbər verdiyimiz kimi, dünən bu ilin 12-16 iyul tarixlərində erməni təcavüzkarlarının Tovuz rayonu ərazisinə təxribatçı hücumunun qarşısını alarkən şəhid olan vətən oğullarının ölümsüzlüyə qovuşmasından 40 gün ötdü.
Şəhid polkovnik İlqar Mirzəyevin qızı atası haqqında təsirli paylaşma edib. Manevr.az həmin ürəkdağlayan paylaşmanı təqdim edir:
"Atam, Hər şeyim, artıq 40 gündür ki, yoxsan. Özüm də bilmirəm necə dözürəm buna... Yoxluğuna... Uşaq vaxtdan həmişə qorxardım sizlərdən birini itirməyə, deyərdim ki, yaşaya bilmərəm, amma insan çox qəribədir, Ata, yanıb kül olsa da, yaşayırmış bunu öyrəndim. Hər zaman ad günündə gecə saat 12-ni gözləyərdim ki, birinci mən təbrik edim səni, amma indi bu sözləri yazıram... İnanmağım gəlmir... Hər gün səndən zəng gələrdi bizə, yığışardıq telefon başına, qulaq asardıq, günün necə keçdi, görərdim o gözəl nurlu üzünü. İndi evin hər yerində sən varsan, Atam, hər yer sənin xatirəndir. Ancaq heç narahat olma, Atam. Sən necə dağ kimi möhkəm idinsə, sənin övladların və həyat yoldaşın da bir o qədər möhkəmdir. Axırıncı dəfə səni 80 gün bundan qabaq son dəfə qucaqladım, 41 gün qabaq da son dəfə eşitdim səsini, mənə "Anam" deyişini... Bu rəqəmlər artmağa davam edəcək ta ki, səni yenidən görənə, eşidənə, hiss edənə qədər.
Ruhun şad olsun, Şəhid Atam... Dünyam mənim..."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar