Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT

Tarix: 25-07-2020 13:10     Baxış: 5329 A- / A+
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT


Daha bir ölkənin Ermənistana silah ötürməsi üzə çıxıb.

Manevr.az xəbər verir ki, İordaniya Krallığı Ermənistanı silahlandırıb. Bu barədə haqqın.az saytı hərbi mənbələrə istinadən məlumat yayıb.

Sayt bildirib ki, İordaniya ilə Ermənistan arasında hərbi əməkdaşlığın əsası 2019-cu ildə qoyulub. Həmin vaxt Ermənistan prezidenti Əmana rəsmi səfər etmişdi. Kral II Abdullahın 2020-ci ilin fevral ayında İrəvana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı xeyli sürətləndirdi.

Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş bir sahəni əhatə edir, o cümlədən İrəvana silah və döyüş sursatı, xüsusilə də İordaniyada istehsal olunan RPG-32 qumbaraatanı satılır.

Rusiyadan sonra İordaniya 2013-cü ildən bəri Ammanda rəsmi adı - "Nashshab" almış bu tip qumbaraatan istehsal edən ikinci ölkədir. Hazırda İordaniya bu qumbaraatanları xarici bazara, xüsusən də Ermənistana satır.

Hərbi mənbələrin verdiyi məlumata görə, əməkdaşlığa İordaniya tərəfdən Baş Qərargah rəisi general-mayor Yusif Huneiti nəzarət edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar