Xəbər lenti 
					
 
		Cəbhənin Tovuz istiqamətində vəziyyət necədir? - ŞƏKİL

İyulun 17-də gecə saatlarında Tovuzun bəzi kəndləri istiqamətində erməni təxribatı davam edib.
Manevr.az bildirir ki, "Yeni Müsavat" Media Qrupunun Tovuzda olan əməkdaşları xəbər verir ki, kiçik çaplı silahlardan Ağdam, Əlibəyli və Yuxarı Öysüzlü kəndləri atəşə tutulub.
Ağdamda bir neçə fərdi yaşayış evi də atəş altında qalıb. Güllələr həyətdəki ağaclara dəyib.
Tovuzdan olan millət vəkili Qənirə Paşayeva da axşam saatlarında kəndlərin atəşə tutulduğunu təsdiq edib.
Qeyd edək ki, 17-dən 18-nə keçən gecə isə cəbhənin Tovuz istiqamətində sakitlik olub. Ara-sıra kiçik çaplı silahlardan açılan atəş səsləri eşidilib.
Hazırda əməkdaşlarımız Ağdam kəndindəndir. Kənddə vəziyyət normal günlərdə olduğu kimi davam edir.


	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















