Xəbər lenti 
					
 
		Ermənistan ölü və yaralı olaraq yüzə yaxın hərbçisini itirib - RƏSMİ

"Kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb. Bildiririk ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir".
Manevr.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır: "Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar."
"Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrini Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırırıq", deyə nazirlik bildirib.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















