Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyəli generaldan erməni təxribatı ilə bağlı SƏRT AÇIQLAMA

Tarix: 14-07-2020 12:32     Baxış: 4320 A- / A+
Türkiyəli generaldan erməni təxribatı ilə bağlı SƏRT AÇIQLAMA


Ermənistan illərdir etdiyi qanunsuz hücumu ört-basdır etmək üçün beynəlxalq birliyi səfərbər etməyə çalışır. Bu yolverilməzdir.

Manevr.az bildirir ki, bu fikirləri metbuat.az-a özəl müsahibəsində Türkiyənin Azərbaycanda sabiq hərbi attaşesi, təqaüddə olan general-mayoru Yücel Karauz deyib.

O bildirib ki, işğalçı Ermənistan bu dəfə də Azərbaycanın hərbi mövqeləri ilə yanaşı, dinc insanlara da hücum edib. Bu vəziyyət beynəlxalq hüquqa ziddir.

''Əvvəlcə bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə təcili şəfa diləyirəm. Bu haqsız və qanunsuz hücumu bir neçə baxımdan qiymətləndirmək lazımdır. Birincisi, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf vilayətlərdə yerləşən mövqelərindən deyil, müharibə zonasından kənarda sərhəd xəttində yerləşən Tovuz bölgəsinə hücum etdi. Bu hücumdan sonra Azərbaycan tərəfindən lazımi cavab verilərək hücumlar dəf edildi və Ermənistan ağır itki verdi. Ermənistan BMT-nin bütün qətnamələrində göstərdiyi kimi, haqsız və qanunsuz işğala son qoymalı və Azərbaycanın ərazi bütövlüyünü təmin etməlidir".

General-mayor Yücel Karauz bildirdi ki, Ermənistan dünyanın diqqətini Ermənistan-Azərbaycan probleminə cəlb etməklə özünün haqsız və qanunsuz işğalı ilə legitimliyini göstərməyə çalışır.
''Çünki həm BMT, həm də ATƏT-in Minsk qrupu Ermənistanın qanunsuzluğuna göz yumur. Onlar son seçkilərdən sonra Ermənistanın prezidentinin Şuşada keçirilən qanunsuz andiçmə mərasimində iştirak etməməyinə və işğal altındakı torpaqlarda qanunsuz fəaliyyətlərinə biganə yanaşdılar. ATƏT-in Minsk qrupu həmsədrlərinin ''Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil'' kimi bəyanatları erməniləri qudurtmaqdan başqa bir şey deyil. Eyni zamanda, Ermənistanın Dağlıq Qarabağı üçüncü dövlət olaraq tanıtmaq və bu münaqişədə danışıqlar masasına üçüncü dövlət kimi oturtmaq cəhdləri var". Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan dövləti Qondarma Dağlıq Qarabağ hökuməti ilə bu masaya heç vaxt oturmayacaq".

Bəs Ermənistanın hərbi təxribatının məqsədi nə ola bilər?

"Ermənistanda insanlar hətta övladlarını hərbi xidmətə göndərmək istəmirlər və münaqişələrin dayandırılması üçün beynəlxalq qurumlardan kömək istəyirlər. Bu təxribatların törədilməsində məqsəd Azərbaycanın nüfuzuna zərbə yetirməkdir. Ermənilər hazırkı vəziyyətdə epidemiyanın yayılmasından istifadə edərək belə bir təxribata əl atdılar. Bununla da onlar həm dünyanın, həm də Azərbaycanın reaksiyasını görmək istəyirlər. Azərbaycan xalqı hər zaman olduğu kimi bu oyunlardan xəbərdardır və hadisələr qarşısında yüksək vətənpərvərlik hissi nümayiş etdirir. Heç kim Azərbaycan ordusunun əzmini və döyüş gücünü təyin etməyə çalışmamalıdır".

Hərbçi qeyd etdi ki, Ermənistan məqsədlərinə çatmayıb və buna nail ola bilməyəcək. Aprel döyüşlərində ciddi itkilər verən Ermənistan daxilində baş verənlər onu göstərir ki, xalq müharibə istəmir. Çünki onların mübarizə əzmi yoxdur. Onlar yaxşı bilirlər ki, haqsız işğalın arxasında dayanan qüvvələr olmasa onların bu mübarizəni davam etdirməsi mümkünsüzdür:

"Türk dövləti və türk milləti bu günə qədər olduğu kimi əbədi olaraq Azərbaycanın yanında olacaqdır. Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil bütün türk dünyasının problemidir. Allah Azərbaycan dövlətini, əskərini qorusun. Gün o gün olsun ki, işğal altında olan torpaqlarımızda şanlı Azərbaycan bayrağı dalğalansın".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar