Xəbər lenti 
					
 
		Ermənilər təşvişdə: Cəbhədə vəziyyət gərginləşdi

Dağlıq Qarabağ terrorçularının yaratdığı qondarma rejim cəbhədə vəziyyətin “gərginləşməsindən” narahatlıqlarını gizlətməyiblər.
Manevr.az bildirir ki, bu barədə axar.az erməni mediasına istinadla xəbər verir. Xəbərə görə separatçıların liderinin “müşaviri” Tiqran Abramyan bu həftə - 19-25 aprel tarixlərində qarşı tərəfdən irikalibrli silahlarla atəşkəsin 3500 dəfə pozulduğunu iddia edib.
“Mən sonuncu dəfə bu qədər böyük rəqəmin nə vaxt olduğunu xatırlamıram. Birmənalı olaraq deyirəm ki, cəbhədə vəziyyət gərginləşib”, - erməni “müşavir” bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın PUA-ları və aviasiyası da cəbhə boyu uçuşlarını intensivləşdirib.
Abramyan təmas xəttində Azərbaycanın yeni mühəndis infrastrukturu inşa etdiyini də vurğulayaraq, qorxusunu açıq ifadə edib.
Xatırladaq ki, “təmas xətti” deyilən ərazilər Azərbaycan əraziləridir və bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.
Azərbaycan Ordusunun isə öz ərazisində istənilən addımı atmaq hüququ var.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















