Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Kəlbəcərdə kompleks tikirlər - “İstisu” ətrafında...

Tarix: 06-01-2017 10:33     Baxış: 5581 A- / A+
Ermənilər Kəlbəcərdə kompleks tikirlər

Ermənistan müvafiq qurumları Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundakı məşhur “İstisu” bulağı ətrafında yeni müalicəvi istirahət kompleksi yaratmağı planlaşdırır.

Manevr.az modern.az-a istinadən xəbər verir ki, bu haqda erməni geoloq Akop Mkrtçyan bildirib.

Onun sözlərinə görə, “İstisu” mineral bulağı ətrafında istirahət komleksinin salınması üçün yaxşı perspektiv var və Ermənistanın müvafiq qurumları bu haqda düşünür.

Akop Mkrtçyanın sözlərinə görə, perspektivdə əcnəbi turistlərin kütləvi şəkildə bura cəlb olunması mümkündür.

İşğal altındakı Kəlbəcər rayonunun adını dəyişdirərək “Karvaçar” edən işğalçılar 1992-ci ildən bəri orada qarət və talanla məşğuldurlar. Ermənilər uzun müddətdir ərazidəki qızıl yataqlarını, mineral su və ağac ehtiyatını istismar edirlər.

Xatırladaq ki, işğalı altındakı "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriyası salınmışdı.

Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) oxşarıdır və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar