Xəbər lenti 
					
 
		Şəhid olan əsgərimizin atası: Deyirdi, ayın sonu... - Video

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı şəhid olan əsgər Qarayev Eltun Elman oğlu Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, əsgər Eltun Qarayevlə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı rayonun Qazıqurdalı kəndində olub.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, həmçinin, rayon ictimaiyyəti iştirak edib.
Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı atasına təqdim edilib. Daha sonra havaya yayılım atəşi aşılıb.
Şəhidin atası Elman Qarayevin sözlərinə görə, oğlunu sonuncu dəfə beş-altı ay əvvəl görüb.
"Məktub yazırdı. Bu ayın sonu məzuniyyətə gəlməli idi, amma şəhid olub gəldi. Bir dəfə yanına getdik, hərbi hissədə idi deyə, yanımıza gələ bilmədi. Görmədən gəldik. Ancaq məktub yazırdı. Deyirdi, ata, özüm ayın sonu gələcəm”.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















