Xəbər lenti 
					
 
		Azərbaycan hərbçisi həlak oldu

Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.
Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bununla bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.
Baş vermiş hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri həyata keçirilir.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















