Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda dron müharibəsi mümkündürmü?

Tarix: 05-03-2020 08:47     Baxış: 4350 A- / A+
Qarabağda dron müharibəsi mümkündürmü?

Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlarda dronlardan geniş şəkildə istifadə etməsi müşahidə edilir. Əsəd rejiminə məxsus bir sıra hərbi texnikaların məhz dronlar vasitəsi ilə sıradan çıxarıldığı, Türkiyə istehsalı olan pilotsuz aparatların düşmənin kabusuna çevrildiyi göz önündədir.

Maraqlıdır, Türkiyənin dronlarla bağlı təcrübəsi Azərbaycan tərəfindən də öyrənilməlidirmi? Dronlarla bağlı bu təcrübə Qarabağ müharibəsində faydalı ola bilərmi?

Manevr.az xəbər verir ki, moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov baş verənlərin bütün dünyada böyük maraqla izləndiyini vurğuladı:

"Baş verənlər göstərdi ki, müasir müharibələrdə dronlardan ən geniş istifadə edən ölkə Türkiyə oldu. Qardaş ölkə öz istehsalı olan dronlardan uğurla istifadə etməklə qarşı tərəfə ağır zərbələr vurdu. Dronlardan bu şəkildə istifadə onlar üzərində tədqiqatların genişləndirilməsinə də geniş zəmin yaradır. Dronlar yeni nəsil silahlar hesab olunur. Zərbə vuran dronlar isə son 5 ilin məhsulu hesab edilə bilər.

Türkiyə Suriyadakı döyüşlərdə bir sıra silahlarını, o cümlədən dronları sınaqdan çıxarır. Bütün dünya gördü ki, Türkiyə bu dronlardan çox uğurla istifadə etdi. Baş verənlər göstərir ki, dronların hərbi əməliyyatlarda rolu artmaqdadır. Şübhə yoxdur ki, gələcəkdə dronlardan istifadə hətta böyük təyyarələrə, uçan aparatlara tələbatı da üstələyəcək. Dronlar nəinki dəqiq zərbələr endirə bilir, hətta bir tondan artıq yük apara bilirsə, o zaman təbii ki, dronlarla bağlı tədqiqat işləri, onların daha da inkişaf etdirilməsi prosesi davam etdiriləcək. Dronlardan istifadənin daha bir üstünlüyü ondan ibarətdir ki, bu, insan itkisinin də qarşısını alır.

Türkiyənin dronlarla bağlı təcrübəsi bizim üçün də olduqca önəmlidir. Azərbaycan da dronlara maraq göstərir. Azərbaycan İsraillə birlikdə dronların hazırlanması istiqamətində iş aparır.

Türkiyənin dronlar vasitəsi ilə apardığı əməliyytatlardan sonra bütün dünyada dronlara maraq daha da artacaq. Onların istifadəsi, istehsalı prosesi də genişlənəcək. Çünki Türkiyənin apardığı əməliyyatlar göstərdi ki, dronlar vasitəsi ilə düşmənə böyük itkilər vermək olur. Türkiyə bu əməliyyatlar zamanı dronlar vasitəsi ilə tək hədəflərə də uğurlu atışlar həyata keçirdi, onalrı sıradan çıxardı.

Türkiyəınin hərbi əməliyyatlara cəlb etdiyi dronlar böyük itkiyə məruz qalmadı. Bu da çox vacib bir məqamdır. Türkiyə dronlardan kütləvi istifadə faktı ilə də bir ilkə imza atdı.

Azərbaycan baş verənləri diqqətlə izləyir və müəyyən təhlillər aparır. Bu əməliyyatlar bir daha göstərdi ki, dronlardan istifadə zəruri və faydalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar