Xəbər lenti
Turnirin ən yaxşıları və müsabiqənin qalibləri mükafatlandırılıblar -ŞƏKİLLƏR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyası çərçivəsində keçirilmiş futzal turnirinin ən yaxşıları və məktəblilər arasında inşa müsabiqəsinin qalibləri ilə görüş olub.
Manevr.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev aksiyanın fəal iştirakçısı olan məcburi köçkün yeniyetmə və gəncləri salamlayıb, yüksək vətənpərvərlik göstərdiklərinə və öz bacarıqlarını nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən idman və gənclər siyasətinin ölkəmizdə gənc nəslin fiziki və mənəvi sağlamlığının təmin edilməsinə yönəldiyi, bu sahədə böyük nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, məcburi köçkünlər arasında da bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, həmçinin bu kateqoriyadan olan yeniyetmə və gənclərin yaradıcılıq imkanlarının artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların sağlamlığı, təhsili, sosial problemlərinin həlli, mədəni inkişafı üçün zəruri şəraitin yaradılmasına böyük qayğı göstərdiyi qeyd edilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Komitəsinin bu il yanvarın 17-də başlatdığı “Əsgərə salam” hərbi vətənpərvərlik aksiyasının ölkəmizdə böyük maraqla qarşılandığı, aksiyaya cəmiyyətin bütün təbəqələrinin fəal şəkildə qoşulduqları bildirilib. Ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan, müxtəlif sahələrdə çalışan yüz minlərlə insan xalqımıza və müstəqil dövlətimizə sədaqətlə xidmət edən, sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan hərbiçilərimizə sosial şəbəklərdə əsgər salamı göndərməklə Silahlı Qüvvələrimizə və Ali Baş Komandana öz etimad və dəstəklərini bir daha nümayiş etdiriblər. Onların fərdi və ya kollektiv qaydada hərbi salam verməsini əks etdirən fotoşəkillər, videoçarxlar sosial şəbəkələrdə və digər internet resurslarında geniş yayılıb, paylaşılıb və bəyənilib.
Dövlət Komitəsi aksiya çərçivəsində bir-birindən fərqli tədbirlər də həyata keçirib.
Belə tədbirlərdən biri, məcburi köçkün gənclər arasında idmanın kütləviliyinin artırılması məqsədilə ilk dəfə keçirilən “Əsgərə salam” futzal turniri olub. Turnirdə komitənin tabeliyində olan mənzil-kommunal istismar sahələrinin xidmət etdikləri məcburi köçkün qəsəbələrində yaradılmış 9 komanda iştirak edib. Bakı, Sumqayıt və Abşeron rayonu ərazisindəki qəsəbələri təmsil edən bu komandalar arasında birinci yeri paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksinin “Ərgünəş” komandası tutub.
Ərazisi işğalda olan rayonların məktəbliləri arasında keçirilmiş inşa müsabiqəsi isə məcburi köçkün yeniyetmələrin vətən keşikçiləri haqqında öz ürək sözlərini, duyğu və düşüncələrini ifadə etməsinə şərait yaradıb. Müsabiqəyə Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Xocalı, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl rayonlarının məktəblilərindən
ümumilikdə 41 iş göndərilib. İnşa işləri birinci mərhələdə rayon təhsil şöbələri, sonra isə Dövlət Komitəsində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Dövlət Komitəsində keçirilən görüşdə futzal turnirinin ən yaxşıları və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar