Xəbər lenti
Ermənistanın növbəti uydurması - “Azərbaycanda belə tipli radarlar çoxdan var”
Ermənistan 40 milyon dollar qarşılığında Hindistandan 4 “Svati” radarı satın alacaq. Kütləvi İnformasiya Vasitələrində yayılan məlumata görə, radiolokasiya sistemi Dövlət Müdafiə Araşdırmaları və Təminatı Laboratoriyası tərəfindən yaradılıb. Sistem 50 kilometr məsafəyə qədər artilleriya və raket zərbələrinin mənbəyini müəyyənləşdirən mobil radar sistemidir.
Manevr.az xəbər verir ki, bu barədə modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ötən ilin yayında da Ermənistan və Hindistan arasında hərbi sursatların alış-verişinin baş tutacağı haqqında məlumat yayılmışdı. Ekspertin sözlərinə görə, qısa müddətdə bunun dezinformasiya olduğu ortaya çıxdı:
“Ermənilərin hay-küylü bəyanatlarına qulaq verməyin o qədər də tərəfdarı deyiləm. Çünki informasiya qarşıdurmasında önə çıxmaq üçün ermənilər hər yola əl atır, hər yalanı cəmiyyətə sırımağa çalışırlar. Məsələn, bir müddət öncə Ermənistan müdafiə naziri David Tonoyan deyirdi ki, ermənilərin “İsgəndər M” raket kompleksi var. Sonradan məlum oldu ki, bu yalandır, sadəcə hərbi paradda nümayiş etdirmək üçün 102-ci hərbi bazadan götürüblər.
Düşmən son vaxtlarda “Su-30” təyyarələri ilə bizə hədə-qorxu gəlməyə çalışırdı. Biz onlara bu məsələdə bir qədər diqqətli olmaq gərəkdiyini xatırlatdıq. Azərbaycanın İtaliyadan aldığı “M-346” təlim və döyüş təyyarələri “Su-30”la müqayisədə daha effektiv əməliyyatlar vəd edir”.
Ü.Cəfərov onu da qeyd edib ki, Azərbaycan tərəfi bu kimi məsələləri, düşmənin addımlarını daim diqqətdə saxlayır:
“Bizim ordumuzun düşmənin istənilən silahının, radarının qarşısını almağa təchizatı var. İstər hərbi hava qüvvələrində, istərsə də müdafiə sistemlərindəki mövcud avadanlıqlar müdafiə və hücum əməliyyatlarına yetərli gücdədir.
Azərbaycanda martın 6-na qədər təlimlər keçiriləcək və burada yeni silahların, hərbi avadanlıqların nümayişi də gözlənilir”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə qeyd edib ki, Rusiya olan yerdə Ermənistanın Hindistandan silah alacağı inandırıcı deyil:
“Həmçinin nəzərə almalıyıq ki, Hindistanın özünün də əsas silah bazarlarından biri Rusiyadır. Ona görə, bu məlumatların növbəti uydurma informasiya olduğunu düşünə bilərik.
Sözügedən radar sistemi kəşfiyyat işini asanlaşdırmaq üçündür. Amma Azərbaycanda həmin radar sistemlərindən belə qat-qat güclü silahlar mövcuddur. Mən inanmıram ki, Ermənistanın sırf bu silah üçün xərcləyə biləcəyi 40 milyon dolları olsun. Bunu ehtimal etsək belə, Azərbaycanda belə tipli radarlar çoxdan var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar